Laçın Rayon İcra Hakimiyyəti "bir sıra işlərin görülməsi" ilə bağlı tender keçirib.
Qaynarinfo xəbər verir ki, qalibi "Atlantis Construction Group" MMC olan tenderin şərtləırində konkret olaraq hansı işlərdən söhbət getdiyi barədə heç bir qeyd yoxdur. Amma icra hakimiyyəti bəlli olmayan "bir sıra işlər"ə 263 628,05 manat xərcləyəcək.
Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Atlantis Construction Group" MMC-nin adına rast gəlinmir. Araşdırmalarımız zamanı məlum olub ki, nizamnamə kapitalı 50 manat olan şirkətin qanuni təmsilçisi Yusifli Fərid Cavanşir oğludur. Fərid Yusifli haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.
Bəzi məlumatlara görə, "Atlantis Construction Group" MMC 2022-ci ildən fəaliyyət göstərir. Beləliklə, Laçın Rayon İcra Hakimiyyəti 263 628,05 manatlıq "bir sıra işləri" naməlum şirkətə tapşıracaq.
Bundan bir neçə gün əvvəl isə Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı qəsəbəsi üzrə icra nümayəndəliyi də "bir sıra işlərin görülməsi" ilə bağlı tenderə yekun vurmuşdu. Həmin tenderin qalibi "Şabran-D" MMC seçilib. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 561 433,55 manatdır.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlidir. O, 2016-cı ildən rayona rəhbərlik edir.
Seyid
Şərhlər