Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postuna yeni rəis təyin edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə gömrük mayoru Pərviz Nəsurullayev sözügedən vəzifəyə təyin olunub.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi gömrük polkovniki Bəhramov Tofiq Bəhmən oğlu vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. O, əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir.
Əhməd
Şərhlər