Xəbər lenti

Klinton Ağ Evin problemindən danışdı
Dünya 17:05 11.02.2024

Klinton Ağ Evin problemindən danışdı

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton bildirib ki, Ağ Ev ABŞ prezidenti Co Baydenin qocalması və daimi ehtiyatlı davranmasının problem olduğunu qəbul edib. 

Qaynarinfo xəbər verir ki, Klintonun sözlərindən "Fox News" sitat gətirib.

"Mən həmişə Ağ Evdə insanlarla danışmışam və bilirsiniz ki, onlar bunun problem olduğunu bilirlər, lakin mənim deməyi xoşladığım kimi, "bax, bu, qanuni problemdir”, deyə Klinton bildirib.

Eyni zamanda, keçmiş dövlət katibi əlavə edib ki, o, Baydenin "ləyaqətlərinə" görə seçkidə onu dəstəkləyəcək. "Düşünürəm ki, o, prezident kimi həqiqətən də yaxşı iş görüb”, deyə Klinton qeyd edib.

Klinton prezidentə bu illər ərzində əldə etdiyi müdrikliyə daha çox diqqət ayırmağı və yaşı ilə bağlı "zarafat" etməyi təklif edib.

Bundan əvvəl fəallar ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun Kolumbiya Universitetində çıxışını pozmağa çalışaraq onu "müharibə cinayətkarı” adlandırıblar. Bundan sonra mühafizəçilər həmin şəxsi zaldan çıxarıblar. Eyni zamanda o, "Fələstinə azadlıq” şüarını səsləndirib. Klinton isə "qışqırmaq problemləri həll etmir” deyə cavab verib.

Bu arada Klinton Putinlə müsahibəsindən sonra Taker Karlsonu "faydalı axmaq” adlandırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->