Xəbər lenti

Kəmalə Ağazadə xəstəxanaya niyə yerləşdirilib? (AÇIQLAMA)
Ölkə 12:26 22.01.2026

Kəmalə Ağazadə xəstəxanaya niyə yerləşdirilib? (AÇIQLAMA)

Hüquq müdafiəçisi Kəmalə Ağazadənin səhhətində problem yaranıb.

Bu barədə Qaynarinfo-ya onun özü məlumat verib. 

Sədr Sabunçu Tibb Mərkəzinə yerləşdirildiyini bildirib:

"Səhhətimdə qəfildən problem yaranıb. İlkin olaraq təsdiqlənməmiş pnevmoniya diaqnozu təyin edilib. Amma müayinə davam edir, analizlərin nəticələri bu gün açıqlanmalıdır".

Sədr hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb.

Bahar Rüstəmli
 

--> -->