Kəlbəcər rayonu ərazisində baş verən ağır yol qəzasında ölənlərin kimliyi məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, yük avtomobilinin idarəetmədən çıxaraq yol kənarına aşması nəticəsində sürücü, 1987-ci il təvəllüdlü Tural İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Məhərrəmov və 1995-ci l təvəllüdlü Elvin İsmayılov vəfat ediblər.
Qeyd edək ki, sürücü Göyçay sakini, sərnişinlər isə Kəlbəcər rayon sakinləri olublar.
21:01
Kəlbəcərdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Hərəkətdə olan HOWO markalı yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb.
Qəza nəticəsində 1984-cü il təvəllüdlü V. Məhərrəmov, 1995-ci il təvvəlüdlü E. İsmayılzadə və 1988-ci il təvəllüdlü T. İsmayılov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Şərhlər