Xəbər lenti

Bakıda yağıntılı hava nə vaxta kimi davam edəcək? (RƏSMİ MƏLUMAT)
Ölkə 13:30 28.03.2026

Bakıda yağıntılı hava nə vaxta kimi davam edəcək? (RƏSMİ MƏLUMAT)

Bakıda yağan yağışın miqdarı aylıq normanın 247 faizini təşkil edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, paytaxt və Abşeron yarımadasında intensiv yağıntılar davam edir.

Qeyd olunub ki, yağıntının miqdarı 58 mm qeydə alınıb.

Eyni zamanda, güclü yağıntılar səbəbindən bəzi yerlərdə subasma hallarının davam edəcəyi gözlənilir.

Proqnoza əsasən, martın 29-u gündüz saatlarından etibarən yağıntı tədricən kəsiləcək.


--> -->