Xəbər lenti

Keçmiş TSEK sədrinin iddiası apellyasiya instansiyasına göndərdildi
Ölkə 17:37 21.11.2024

Keçmiş TSEK sədrinin iddiası apellyasiya instansiyasına göndərdildi

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin 10 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) keçmiş sədri Ülkər Dibirova ilə qurum arasında məhkəmə çəkişməsi davam edir. 

Qaynarinfo xəbər verir ki, Ali Məhkəmə işi yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib. 

Ülkər Dibirovanın iddiasına Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Xəyal Sarıyev iş üzrə hakim təyin edilib. 

Məlumat üçün deyək ki, bir müddət əvvəl işdən çıxarılan Ülkər Dibirova rəhbərliyin qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdi. Birinci və apellsiya instansiyaları onun iddiasını təmin etmədiyinə görə keçmiş TSEK sədri Ali Məhkəməyə kassasiya şikayəti vermişdi. 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin sədri Anar Bayramovdur. O, bu vəzifəyə 2021-ci ildə təyin edilib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->