Xəbər lenti

Kafedə domino oynamağa icazə verməyən ofisantı döydü, həbs edildi
Ölkə 19:00 02.07.2024

Kafedə domino oynamağa icazə verməyən ofisantı döydü, həbs edildi

Bakıda kafedə domino oynamağa icazə verməyən ofisant qızı döyən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Nizami rayonundakı fəhlə bazarı deyilən yerin yaxınlığındakı kafedə baş verib. 

1974-cü ildə Kürdəmir şəhərində anadan olmuş Elvin Rəsulov (şərti) kafedə ofisiant işləyən Zəminə adlı qadından oynamaq üçün domino istəyib. Zərərçəkmiş qadın isə domino oynanılmasını kafe rəhbərliyinin qadağan etdiyini bildirib və bundan sonra aralarında mübahisə yaranıb. Elvin Zəminəni itələyib və ona sillə vurub. Qadın hadisə nəticəsində huşunu itirib. 

Məhkəmənin qərar ilə Elvin Rəsulov İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 7 gün müddətinə inzibati qaydada həbs edilib.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->