Xəbər lenti

Kadırov ABŞ-ı sərt hədələdi: “Allaha and olsun, anama sanksiyaları ləğv etməsəniz...”
Dünya 14:57 01.09.2023

Kadırov ABŞ-ı sərt hədələdi: “Allaha and olsun, anama sanksiyaları ləğv etməsəniz...”

Çeçenistan rəhbəri Ramzan Kadırov kəskin yazı dərc edərək, ABŞ-dan anası Aymani Kadırova qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi tələb edib.

Qaynarinfo xəbər verir ki, Kadırovun sözlərinə görə, o, "artıq ABŞ və Qərbin məntiqsiz sanksiya qərarlarına təəccüblənmir". 

Kadırov "Telegram" kanalında xatırladıb ki, anası yalnız "bütün dünyanın bildiyi" xeyriyyəçilik fəaliyyəti ilə məşğuldur. 

"Buna görə də Amerikanın qərarı yalnız bütün etik normalara qəsdən və qərəzlə məhəl qoymamaq kimi qiymətləndirilə bilər", - Çeçenistan rəhbəri qəzəbini ifadə edib.

O qeyd edib ki, Birləşmiş Ştatlar öz hərəkətləri ilə "cinayət üsullarını” qanuniləşdirərək "əllərimizi açır”.

"Anama qarşı sanksiyaları aradan qaldırmasanız, Uca Allaha and içirəm, mən bunu belə qoymayacağam. Mən arvadıma, uşaqlarıma sanksiya tətbiq edəndə susdum... ancaq unutdunuz, yenə mənə qarşı sanksiya tətbiq etdiniz... Amma indi sizə deyirəm, əgər siz sanksiyaları ləğv etməsəniz və ya onlara qarşı niyə sanksiyalar tətbiq etdiyinizi sübut etməsəniz, sizi əmin edirəm ki, bu, sizə baha başa gələcək”, - Kadırov videomüraciətində bildirib.

Kadırovun anasına qarşı sanksiyalar avqustun 24-də elan edilib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->