+Aparıcı turizm şirkətlərindən olan "Baku Travel & Tourism"in fəaliyyətə başlamasından 15 il ötür.
Qaynarinfo xəbər verir ki, bu günlərdə şirkətin yubiley tədbiri keçirilib.
Tədbirdə çıxış edən şirkətin rəhbəri və turizm mütəxəssisi Əziz Şiriyev 15 il əvvəl biz kiçik bir heyətlə yola çıxanda qarşılarına tək bir məqsəd qoyduqlarını bildrib: İnsanların səyahət təcrübəsini unudulmaz etmək:
"Bu gün geriyə dönüb baxanda görürük ki, biz sadəcə bilet və otel sifarişləri ilə məşğul olmamışıq, biz insanların xatirələrini formalaşdırmışıq. Bu uğurda əməyi olan hər bir əməkdaşımıza, bizə etibar edən müştərilərimizə və ən əsası, bizi tək qoymayan dəyərli partnyor və tərəfdaşlarımıza dərin təşəkkürümü bildirirəm. Bizim ən böyük gücümüz - peşəkar kollektivimizin gülərüzlülüyü və partnyorlarımızın sarsılmaz etibarıdır".
Qeyd edək ki, "Baku Travel & Tourism" 15 il ərzində həm yerli, həm də xarici partnyorları ilə strateji əməkdaşlıqlar quraraq, turizm infrastrukturunun inkişafına və ölkəmizə gələn turist axınının artmasına mühüm töhfələr verib. Yubiley tədbiri çərçivəsində şirkət bu illər ərzində dəstəyini əsirgəməyən tərəfdaşlarını və korporativ müştərilərini bir araya gətirərək, gələcək layihələr və birgə əməkdaşlıq perspektivləri barədə müzakirələr aparıb.
Şərhlər