Xəbər lenti

Həbs edilən icra başçısını kim əvəz edir?
Ölkə 15:58 02.11.2025

Həbs edilən icra başçısını kim əvəz edir?

Üç gün əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin yerinə müvəqqəti təyinat olub.

Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, icra başçısının səlahiyyətləri birinci müavin Turan Dibirova həvalə edilib.

Bu barədə artıq rayon icra hakimiyyətinin kollektivi də məlumatlandırılıb.

Qeyd edək ki, Prezidentin Sərəncamı ilə İslam Rzayev vəzifəsindən azad edilib.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->