Xəbər lenti

Hakan Fidan Ukrayna üzrə danışıqların nə zaman başlaya biləcəyini açıqladı
Video 17:12 05.02.2025

Hakan Fidan Ukrayna üzrə danışıqların nə zaman başlaya biləcəyini açıqladı

Türkiyə hakimiyyəti Ukrayna üzrə sülh danışıqlarının yaxın vaxtlarda, ehtimal ki, yaydan əvvəl başlaya biləcəyini gözləyir.  

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu agentliyinə müsahibəsində https://www.youtube.com/watch?v=oc4znwuzVto&t=342s  bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti müharibənin həlli məsələsində qətiyyətli görünür. Bununla belə, Fidan xatırladıb ki, hələ seçki kampaniyası zamanı Donald Tramp Ukraynadakı müharibəni dərhal bitirəcəyini bəyan etmişdi, lakin sonradan bu bəyanata düzəlişlər edib.  

"Yaxın gələcəkdə biz müəyyən təşəbbüslərin şahidi ola bilərik", – deyə nazir bildirib. Lakin onun sözlərinə görə, Tramp və Putin arasında görüş baş tutması üçün öncədən hazırlıq işləri aparılmalıdır. Əvvəlcə prosesi sabit və etibarlı etmək üçün iştirakçı ölkələr arasında fikir mübadiləsi olmalıdır. Əks halda, bu danışıqlardan heç bir nəticə çıxmayacaq.  

"ABŞ prezidenti Donald Trampın bu istiqamətdə müəyyən təşəbbüslərinin olduğunu eşidirik. Lakin ABŞ və Rusiya liderlərinin görüşünə hazırlıq işləri görülməlidir", – deyə Türkiyə XİN rəhbəri vurğulayıb.  

"Yay mövsümünə qədər Ukrayna üzrə danışıqlarla bağlı daha aydın təşəbbüsləri görəcəyik", – deyə Fidan yekunlaşdırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->