Azərbaycanın məşhur iş adamı "Hafka" ləqəbli Hafiz Məmmədov hələ də vergi borcunu tam ödəyə bilməyib.
Valyuta.az-ın məlumatına görə, "Hafka" problemi həll etmək üçün qanuni təmsilçisinin oğlu Kənan Məmmədovun olduğu, Bakının ən öndə gedən hotellərindən hesab olunan "Ramada Shamdan” otelini satışa çıxarmaq niyyətinə düşüb.
Amma bu, iş adamının dövlətə külli miqdarda vergi borcuna görə yarımçıq qalıb. Hazırda ev dustaqlığında olan Hafiz Məmmədovun təkcə "Ramada Shamdan” otelinə görə son 5 ayda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə borcu 30 min manatdan çox artıb. Hazırda isə təkcə bu obyektə görə dövlətə olan vergi borcunun məbləği 93 min 431 manat 80 qəpikdir. 5 ay əvvəl bu rəqəm 62 min manata yaxın idi.
Qeyd edək ki, 14 aprel 2022-ci ildə Yasamal rayon Məhkəməsinin qərarı ilə Hafiz Məmmədovun barəsində seçilmiş həbs qərarı ev dustaqlığı qətimkan tədbiri ilə dəyişdirilib.
Şərhlər