Xəbər lenti

Günəşin mərkəzindəki “Ey OdƏr” planeti: İsa Muğanna ilə virtual müsahibə
Nərmin Həsənli
Ölkə 17:27 12.06.2019

Günəşin mərkəzindəki “Ey OdƏr” planeti: İsa Muğanna ilə virtual müsahibə

Nərmin Həsənli
   
Qadınlar belədir. Sevdiyi insan olanda cümləsinin axırı, əvvəli O olur. Mən daha da irəli gedib bugünki müsahibəmi Onunla yazacam. Çünki İsa Muğannanı onun sayəsində tanımışam. Günaşırı "sənə iki əsər verəcəm, onları oxu” dediyi "İdeal” və "Türfə”ni oxumadığımçün peşmanam. Bu gün İsa Muğannanın doğum günüdür. 12 iyun 1928-ci ildə dünyaya gələn, "Mən doğulmamışdan əvvəl doğulmuşam” deyən və 2014-cü ildə vəfat edən, "Bizim qızlar”, "Dan ulduzu”, "Yanar ürək”, "Doğma və yad adamlar”, "Tütək səsi”, "Məhşər”, "İdeal”, "Türfə” kimi məşhur əsərlərin yaradıcısı, mistik filosof, xalq yazıçısı İsa Muğanna ilə virtual müsahibəni sizə təqdim edirəm: 

- İsa Muğannanı İsa Hüseynovdan nə ayırır?
 
Nifrət. Mən İsa Hüseynova nifrət edirəm. Çünki İsa Hüseynov çox bəsit idi. 

- Əsərlərinizdəki qeyri-adilik təxəyyül məhsuludur, yoxsa yazılanlar sizin həqiqətinizdir? 

Mənim babalarım "OdƏr dilinə, o mədəniyyətə bələd olublar. Bu gün OdƏr dili, OdƏr xalqı barədə həqiqətlər dünyaya düzgün çatdırlılmadığına görə bugünkü bəlalar baş verir. Mən planetlərdən Ün eşitməyə başlayandan, mənə çatdırılandan sonra ki, İsa Peyğəmbər İsus və ya İsa Məsih deyil, EySardır, bir çox mistik həqiqətlər mənə açıldı. Mənə səslər gələn BağOdƏR planetinin Yupiter adını necə almasını eşidəndə dəhşətə gəldim. Dünya öz ləngərini itirib, həqiqi yolundan çıxıb və səhv qiymətlərlə qiymətləndirilib. Nizami kimi dahini əxilik yetişdirib. Əxilik SafAğ elmidir. Nizaminin vaxtında Bağdadda İxvan Əs-Səfa alimləri yaşayıblar. Nizaminin müəllimi Əxi Fərrux İmad da elə Əs-Səfanın böyüyü idi. Biz o mədəniyyətə qayıtmalıyıq. İnsanların bildiyi bütün həqiqətlər yanlışdır. Alimlər kainat haqqında, günəş haqqında heç nə bilmir. Günəş əslində soyuq saçır. Onun mərkəzində isə bəşəriyyətin mənşəyi olan "Ey OdƏr” planeti durur. Biz hamımız əslində OdƏrlər nəslindənik. Sadəcə insanlar öz tarixini bilmir. Din, dil, tarix, hamısı təhrif olunub. Həqiqət nisbidir. Ümumiyyətlə hər şey nisbidir.

- Vicdan nədir? 

-Vicdan insanın özüdür. İnsan sözdür, insan işıqdır, insan vicdandır. Onu yandırsa - yandırsa vicdan əzabı yandırar. Vicdan dinin hamısıdır. 

- Bir sıra məşhur filmləriniz var. "Nəsimi”, "Tütək səsi”, "Dəli Kür”, "Od içində” və s. Bunlardan hər birində İsa Muğanna obrazını müəyyən mənada görmək olur. Amma "Tütək səsi”ndəki Cümrü obrazı sanki ətrafda baş verən hadisələrə baxmayaraq öz aləmində tütək çalmağıyla sizi xatırladır.

-"Tütək səsi”ndəki hətta qadınların obrazları belə mənim daxilimdən gəlir. Amma mən "ün” eşidəndən sonra "Tütək səsi”ni təzədən işləmişəm. Dəyişikliklərim çox olub.  

İlk dəfə "ün”ü nə vaxt, harada eşitmisiniz? 

-Kinomotoqrafiya komitəsində Azad Şərifovla mənim konfliktim var idi. Orada isə baş redaktor işləyirdim və çox gözəl, dəbdəbəli otaqda otururdum. Azad Şərifov məni otağımdan çıxardı və 7-ci mərtəbədə 40 kvadratlıq otağa göndərdi.  Getdim, oturdum "Yanar ürək” romanının üstündə işləyirdim. Qəfildən səs eşitdim. O səs məni sərt tənqid elədi, ağır sözlər dedi və məcbur elədi ki, sonrakı bütün əsərlərimdə onun istədiklərini yazım.

- Allah var? 

-1968-ci ildə alihəzrət Dəmirəlin zamanı başlandığında, Azərbaycan yazıçı nümayəndələrinin tərkibində Türkiyəyə getdik. İstanbulu, İzmiri, Ankaranı, Bursanı və sair yerləri gəzdik, Bolu bəyin kəndini, Koroğlunun Çənlibelini gördük. İstanbula qayıdanda məscidləri gəzdik. Ayasofiya məscidində üzümü göyə tutub dedim: "Biz çoxlu uşaq saxlamışıq, özümüzə övlad istəməmişik. Mən səni tanımıram. Əgər varsansa, Firuzəyə bir övlad ver. Oğlan da istəmirəm. Bircə qız. Bircə qız!” 

Firuzə İsa Hüseynovun həyat yoldaşıdır. Onların 19 ildən sonra bir qız övladı dünyaya gəldi... 


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->