"France Football" jurnalının baş redaktoru Vinsent Qarsiya etiraf edib ki, 2024-cü ildə keçirilən "Qızıl top" mərasimi ərəfəsində "Real Madrid" təmsilçilərinin davranışından məyus olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Marca” yazır.
"Real” Vinisiusun qalib olub-olmadığını öyrənmək üçün mənə təzyiq edirdi və ola bilsin ki, susmağım Vininin uduzduğu fikrini yaratdı, buna görə də gəlmədilər. Mən xoşagəlməz bir şəkildə təəccüblənirəm, amma bütün gecəni bu barədə danışmaqla keçirmək istəmirəm. Qalibimiz Rodri haqqında danışmaq istəyirəm", deyə Qarsiyanın sözlərindən "Marca” sitat gətirib.
Xatırladaq ki, əvvəlcə ispan klubunun cinah oyunçusu mükafatın əsas favoriti sayılırdı. Bununla belə, mükafatın təqdim olunduğu gün Rodrinin 2024-cü ildə "Qızıl top”un qalibi olacağına dair məlumatlar ortaya çıxıb. Bundan xəbər tutan "Real Madrid” mərasimi boykot etmək qərarına gəlib.
Qeyd edək ki, ötən mövsüm Vinisius 24 qol vurub və 10 məhsuldar ötürmə ilə "Real Madrid”in Çempionlar Liqası və İspaniya çempionluğunu qazanmasına kömək edib. 2024-cü ildə cinah oyunçusu Braziliya millisinin heyətində Amerika Kubokunun yalnız 1/4 finalına qədər irəliləyib.
İspan Rodri də öz növbəsində AVRO-2024-ün qalibi olaraq turnirin ən yaxşı oyunçusu seçilib və eyni zamanda "Mançester Siti” ilə ardıcıl dördüncü dəfə Premyer Liqanın qalibi olub.
Nizami Bağırov
Şərhlər