Xəbər lenti

Firuz Səxavətlə 50 yaşın müsahibəsi:
Sənət 10:01 24.08.2022

Firuz Səxavətlə 50 yaşın müsahibəsi: "Davamçımız yoxdur..."

Dünən Əməkdar artist, xanəndə Firuz Səxavətin 50 yaşı tamam olub. 
 
Qaynarinfo yubilyarla müsahibəni tədqim edir:

- Dünən 50 yaşım oldu. Yubileyi evimizdə, ailəmlə birlikdə qeyd etdik. Harasa getmədik. Təmtəraqlı məclisləri də sevmirəm. Həm də hazırda tətildir, dostların hərəsi bir yerdədir. 

- Dövlətdən nə gözləyirsiniz?

- Dövlət tərəfindən yubiley mərasimləri 60 yaşdan sonra qeyd edilir. Ona da hələ bir 10 il var. 

- Xalq artisti fəxri adını almamısınız...

- Bəli, mənə Xalq artisti fəxri adı verilməyib. İnşallah olar. Amma mən bunları hardan bilə bilərəm. Onu ancaq dövlətimiz bilər. Dövlət nə vaxt istəsə? yəqin onda veriləcək, onu indi mən deyə bilmərəm. 

- İndi sizə belə bir adın verilməsini gözləmirsiniz?

- Yox, gözləmirəm.

- Qarabağ, doğulub-böyüdüyünüz Ağdam şəhəri də işğaldan azad olunub. 50 yaşınız oldu, indi arzunuz nədir?

- İnsanın arzusu heç vaxt bitmir. 80-90 yaşımız olsa da, yenə arzular bitmir. Hər insan kimi mənim də arzularım çoxdur. 2-3 il bundan əvvəl paylaşdığım arzum indi bu gün qabağıma çıxıb. Mən orada qeyd etmişdim ki, ən böyük arzum torpaqların azad olunmasıdır. Şükür bu günümüzə, artıq Ağdam azad olunub, sabah nə olacaqsa, onu bəri başdan görə bilmirik. Xəyal kimi hər çıxışımızda deyirdik ki, arzum ad günümü Şuşada qeyd etməkdir. Bu gün Şuşa da bizdədir, Qarabağ da. İnsan yaşadıqca zamanla istəyinə çatır. Verilən ömrümüzü sağlam yaşayaq, öləndə də insan kimi ölək, həyat belədir, gələn gedir. Allahdan nə qismətimizdir, onu da yaşayaq.

- Televiziya Muğam müsabiqəsi bu yaxınlarda öz işini başa vurdu. Tələbələrinizdən müsabiqəyə qatılanlar vardı?
 
- Yox. Müğam müsabiqələri cəmiyyətə çox iştirakçı tanıtdırıb və bu gün də tanıtdırmaqda davam edir. Düzdür, onların arasında zifləri də var. Amma bizim gələcək musiqimizi çiyinlərində daşıyacaq iştirakçılar daha çoxdur. Biz onların hər birinin uğurlarına sevinirəm.

- Firuz Səxavət deyəndə göz önünə mərhum sənətkar Səxavət Məmmədov gəlir. Məmmədovlar nəslinin gələcək davamçıları necə, varmı? Sizdən sonra gələn nəsil Məmmədovlardan kimi dinləyəcək?

- Çətin sual oldu, qardaşım oğlu oxuyur, amma ailədə uşaqlar arasında sənətimizi davam etdirmək üçün davamçımız yoxdur. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->