Xəbər lenti

“Ermənistan Kremlə əzələ nümayiş etdirir”- Ekspert
Dünya 18:51 08.10.2024

“Ermənistan Kremlə əzələ nümayiş etdirir”- Ekspert

"Ermənistanın bu sazişlərə qoşulmamasının səbəbini həmin bəyanatların adlarında axtarmaq lazımdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Ermənistanın MDB Xarici İşlər Nazirliyi Şurasının iki bəyanatına qoşulmaması səbəblərini şərh edərkən deyib.

"Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri" haqqında bəyanata İrəvanın qoşulmaması o deməkdir ki, Ermənistan Avrasiya məkanında  təhlükəsizlik məsələlərində maraqlı deyil. O cümlədən, Azərbaycan və Türkiyə ilə təhlükəsizlik məsələlərində də  maraqlı deyil. Bu isə o anlama gəlir ki, Ermənistan istənilən zaman təhlükəsizliyi  pozan, təhdid edə bilən tədbirlərə əl ata bilər. Amma yaddan çıxarılır ki,  Ermənistan faktiki olaraq Avrasiya məkanında yerləşir və bu məkanın istənilən nöqtəsində təhlükəsizliklə bağlı tədbirlər həm də İrəvana aiddir", deyə Qulamhüseyn Əlibəyli bildirib.
 


Şərhçi vurğulayıb ki, Ermənistan öz təhlükəsizliyini təmin etmək üçün  müəyyən töhfə verməlidir. Həmsöhbətimizə görə, İrəvanın "Beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi" bəyanatına qoşulmamasının səbəbi isə həm Azərbaycan, həm də Rusiya ilə bağlı ola bilər:

"İrəvan Azərbaycanla təhlükəsizlik məsələlərində maraqlı deyil. Ona görə də istənilən zaman bir növ birtərəfli qaydada müəyyən tədbirlər görmək hüququnu özündə saxlamaq istəyir. Yəni istənilən zaman təcavüz aktlarını, Azərbaycan və Türkiyəyə qarşı ərazi iddalarını realşadırmağa çalışmaq məqsədilə ikinci bəyanata qoşulmaqdan da imtina edib. Ermənistanın silahlandırılması, ABŞ əsgərlərinin burada yerləşdirilməsi də dolayı yolla bunu təsdiqləyir. Digər tərəfdən, həmin bəyanata qoşulmamaqda məqsəd İrəvanın Rusiya orbitindən çıxmaq istəyilə bağlıdır. Rusiya ilə bağlanan  müqavilələrlə bağlı birtərəfli qaydada qərar verək hüququnu özündə saxlamaq istəyir. Onlar düşünür ki, bu bəyanatlara qoşulmamaq Ermənistana müəyyən üstünlüklər verəcək".

Qeyd edək ki, Ermənistan MDB Xarici İşlər Nazirliyi Şurasının iki bəyanatına qoşulmayıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, rəsmi İrəvan "Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və "beynəlxalq münasibətlərdə birtərəfli tədbirlərin yolverilməzliyi” barədə bəyanatlara qoşulmayıb. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->