Əməkdar artist Cənubi Azərbaycanın azadlığına həsr etdiyi klipindən danışdı (VİDEO)
Əməkdar artist Qoçaq Əsgərov "Turana, Turana Azərbaycan” adlı klip çəkdirib.
Bu barədə Qaynarinfo-ya xanəndənin özü məlumat verib. Qoçaq Əsgərov deyib ki, İran İslam Respublikasında baş verən hadisələri özündə birləşdirən klip siyasi janrdadır:
"Heç bir müğənni bu hadisələri əks etdirən mahnı oxumadı. Həyatımı gözə aldım, belə bir mahnı səsləndirdim”.
Qeyd edək ki, "Turana, Turana Azərbaycan” adlı mahnının sözləri və bəstəkarı Semin İpəkdir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər