Xəbər lenti

Eldar Mahmudovun oğlu keçmiş komitə sədrinin qardaşı ilə üz-üzə - Mülkiyyət mübahisəsi
Ölkə 16:46 06.12.2024

Eldar Mahmudovun oğlu keçmiş komitə sədrinin qardaşı ilə üz-üzə - Mülkiyyət mübahisəsi

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudov "Sahil-D Kompani" şirkətini məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, tərəflər arasındakı məhkəmə çəkişməsinin səbəbi mülkiyyət hüququ ilə əlaqədar mübahisələrlə bağlıdır. 

Birinci instansiya məhkəməsi Anar Mahmudovun iddiasını təmin etməyib. Keçmiş nazirin oğlu apellyasiya şikayəti verib. Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Məhəmməd Rüstəmlinin icraatındadır. 

"Sahil-D Kompani" şirkətinin təsisçisi Sahib İbrahimovdur. O, diasporla iş üzrə dövlət komitəsinin keçmiş sədri Nazim İbrahimovun və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşıdır.

Sahib İbrahimov hazırda həbsdədir. O, 2022-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib. 

Seyid 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->