Xəbər lenti

“Əl-Qaidə”nin azərbaycanlı üzvü həbs edildi
Ölkə 15:19 25.07.2024

“Əl-Qaidə”nin azərbaycanlı üzvü həbs edildi

İnterpol tərəfindən axtarılan azərbaycanlı Moskvada tutulub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, "Əl-Qaidə”nin üzvü olan 37 yaşlı Elxan İbrahimov cinayətkar birlik təşkil etməkdə və silahlı qruplar yaratmaqda ittiham olunur.

DTX-da aparılan cinayət işi üzrə axtarışa verilmiş Elxan İbrahimov Suriyada "Cəbhət ən-Nusra”nın tərkibində ("Əl-Qaidə”nin yerli qolu) vuruşub.  

Bundan başqa, müəyyən edilib ki, 2019-cu ildə Bakı məhkəməsi onun həbsinə order verib və İbrahimov Qazaxıstan vasitəsilə Rusiyaya qaçıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->