Xəbər verdiyimiz kimi, bu ilin avqust ayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər etdiyi üçün saxlanılan üç Səudiyyə Ərəbistanı vətəndaşı - Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad və Alzaman Mahdi hər biri ayrı-ayrılıqda iki il müddətinə azadlıqdan məhrum edilib.
Qaynarinfo-nun məlumatına görə, məhkəmə prosessində Bakıya turist kimi gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının ölkələrində hansı işlə məşğul olduqları da müəyyənləşib.
Məlum olub ki, 2001-ci il təvəllüdlü Alghabr Mohammad Hussain Səudiyyə Ərəbistanın Daxili İşlər Nazirliyində təhqiqatçı, 2001-ci il təvəllüdlü Alzaman Mahdi eyni qurumda mühafizəçi və 1999-cu il təvəllüdlü Alghabr Mahdi Mohammad isə SABC şirkətində opretor işləyib.
Hər üç şəxs məhkəmədə ifadələrində bildiriblər ki, Şəhidlər xiyabanının Azərbaycan xalqı üçün əhəmǝyyəti barədə məlumatsız olmaları səbəbindən səhv davranış sərgiləyiblər. Onlar törətdikləri əmələ görə Azərbaycan xalqından üzr istəyiblər.
Xatırladaq ki, polisin keçirdiyi əməliyyatla onlar Səbail rayonunun Salyan şosesində yerləşən "Panarama” hoteldə tutulublar.
Aydın
Şərhlər