Əfsanəvi braziliyalı futbolçu Ronaldo "Palmeyras"ın 17 yaşlı hücumçusu Estevaonun yaxın gələcəkdə ulduz futbolçuya çevriləcəyini bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərini jurnalist Ben Yakobs sosial şəbəkələrdə yayıb.
"Mən Estevaonu qeyd edərdim. Çox istedadlı futbolçudur. O, ulduz olacaq. Əvvəlcə Estevao klublararası dünya çempionatında "Palmeyras"ın heyətində çıxış edəcək, gələn ildən isə "Çelsi"də parlayacaq", deyə Ronaldo bildirib.
Braziliya futbol çempionatının cari mövsümündə Estevao 30 oyunda iştirak edib, 13 qol vurub və 9 məhsuldar ötürmə edib. Çempionatın başa çatması ərəfəsində "Palmeyras" 37 görüşdə 73 xal toplayıb və lider "Botafoqo"dan 3 xal geri qalır.
Estevao 18 yaşı tamam olan kimi Londonun "Çelsi" klubunun futbolçusu olacaq. Mayın 19-da İngiltərə klubunun 40 milyon avro + 25 milyon avro bonus qarşılığında Estevaonun transferi ilə bağlı razılığa gəldiyi bildirilib.
Aydın
Şərhlər