Xəbər lenti

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 mini ötdü (YENİLƏNİB)
Dünya 10:12 08.10.2023

Əfqanıstanda zəlzələ qurbanlarının sayı 2 mini ötdü (YENİLƏNİB)

Əfqanıstanın qərbində baş verən zəlzələ və afteşoklar nəticəsində ölənlərin sayı 2 000-i ötüb.

Qaynarinfo "Associated Press”ə istinadən xəbər verir ki, bu barədə "Taliban” hökumətinin nümayəndəsi bildirib.

Xatırladaq ki, daha öncə "Taliban” hökumətinin nümayəndəsinin müavini Bilal Kərimi AFP-yə ölənlərin sayının mini ötdüyünü açıqlamışdı.

09.30
 
Əfqanıstanda zəlzələ qurbanlarının sayı mini ötüb.

Qaynarinfo xəbər verir ki, bu barədə AFP Taliban hökumətinin nümayəndəsi Bilal Kərimi istinadən bildirib.

"Təəssüf ki, qurbanların sayı böyükdür... Ölənlər 1 000-dən çoxdur”, - o deyib.

Xatırladaq ki, oktyabrın 7-də yerli vaxtla saat 11:00 radələrində Əfqanıstanın Herat şəhərindən 40 km qərbdə 6,3 maqnitudalı zəlzələ olub. Təbiət hadisəsi qonşu Badqis və Fərəh əyalətlərində də hiss olunub. ABŞ Geoloji Xidmətinin verilənlərinə görə, ilk zəlzələdən sonra 5,9 və 5,5 maqnitudalı daha bir neçə təkan baş verib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->