Əfqanıstanın Bədəxşan əyalətində "Falcon 10" təyyarəsinin qəzaya uğramasından sonra 1,2 milyon dollar oğurlanıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Əfqanıstanın "Hasht e Subh" nəşri bölgədəki mənbələrə istinadən
yazıb.
Mənbələrin sözlərinə görə, qəza yerinə ilk gələn qrup Taliban silahlı qüvvələrinin Baş Qərargah rəisinə bağlıdır. Nəşrin məlumatına görə, oğurluqdan sonra Bədəxşan qubernatoru qrupun baş nazirinin müavini Məhəmməd Həsən Axundun göstərişi ilə faktların müəyyən edilməsi və işin araşdırılması üçün komissiya təyin edib. Əfqanıstan nəşri qeyd edir ki, istintaq komissiyasına Bədəxşan vilayətində Taliban kəşfiyyat idarəsinin rəhbəri başçılıq edir.
Hələlik nə Taliban nümayəndələri, nə də Rusiya rəsmiləri bu xəbəri şərh etməyiblər.
"Falcon 10" biznes-jeti yanvarın 20-də axşam saatlarında əlaqəni dayandırıb. Təyyarə Rusiyanın "Athletic Group" şirkətinə və fərdi şəxsə məxsus olub. O, Qaya (Hindistan) - Daşkənd (Özbəkistan) - Jukovski (Rusiya) marşrutu üzrə çarter təcili yardım reysi həyata keçirirdi.
Ertəsi gün Federal Hava Nəqliyyatı Agentliyi təyyarənin Əfqanıstanda Tacikistanla sərhəd yaxınlığında qəzaya uğradığını bildirib. Biznes-jetin mühərrikləri sıradan çıxıb və o, dağın yamacına çırpılıb. Təyyarədə 6 sərnişin olub. 4 rus (iki pilot və iki tibb işçisi) sağ qalıb və Kabilə aparılıb. İki sərnişin hələ də tapılmayıb.
Aydın
Şərhlər