Xəbər lenti

Maqazin 10:45 17.01.2026

"Şəbnəmin ad gününə 11 min manat yazdırdım"

Müğənni Tacir Şahmalıoğlu həmkarı Şəbnəm Tovuzlunun ad gününə yazdırdığı pulun məbləğini açıqlayıb.

Tacir Şahmalıoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, Şəbnəm Tovuzlunun ad gününə 11 min manat yazdırıb:

"Söhbət Şəbnəmdən gedir. Ustad tələbəsinin ad gününə 11 min manat yazdırıb. Tələbə də ustadının oğlunun toyuna 15 min pul yazdırmışdı".

Qeyd edək ki, müğənni Şəbnəm Tovuzlunun təmtəraqlı ad günündə 173 min manat pul yığılıb. Mərasimə ən çox pul yazdıranlar arasında Tacir Şahmalıoğlu, Ədalət Şükürov və Könül Kərimovanın adı var. 

Bahar Rüstəmli

--> -->