Xəbər lenti

Dünyada sürətlə yayılan noravirus -  Əlamətləri və qorunma yolları
Sağlamlıq 13:40 07.01.2025

Dünyada sürətlə yayılan noravirus - Əlamətləri və qorunma yolları

Adətən noyabr-aprel aylarında daha çox yayılan noravirus infeksiyasına yoluxma ABŞ-da son 12 ildəki ən yüksək səviyyəyə çatıb.

Qaynarinfo "Business Insider"ə istinadən xəbər verir ki, bu barədə məlumatı ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi yayıb

Mərkəzdən verilən ən son məlumata əsasən, dekabrın ilk həftəsində ABŞ-da 91 norovirus infeksiyasına yoluxma qeydə alınıb ki, bu da 2012-ci ildən bəri eyni həftədə qeydə alınan ən yüksək və il ərzində qeydə alınan dördüncü ən yüksək göstəricidir. Norovirus adətən "mədə qripi" və ya "24 saatlıq virus" adlandırılır.

Bəs nədir norovirus və bu xəstəlikdən necə qorunmaq olar?

Norovirusun simptomları, müalicəsi və qarşısının alınması 

Norovirus qida zəhərlənməsi ilə oxşar simptomlarla özünü büruzə verir. Baş verən ürəkbulanma, ishal, qusma və qarın ağrısı ilə təxminən bir-üç gün arası davam edir. Lakin burada qida zəhərlənməsindən fərqli olan bir neçə mühüm amil mövcuddur.  

Necə yayılır?

Kaliforniya Universitetinin epidemiologiya və infeksiyaların qarşısının alınması üzrə tibb direktoru professoru Dr. Şruti Qohil bildirib ki, təmas vasitəsi ilə yoluxma baş verir. İnsanlar birbaşa təmas yolu ilə yayılan və səthlərdə günlərlə, hətta həftələrlə qala bilən norovirusa bir və ya iki gün ərzində yoluxa bilər.
 
Professorun sözlərinə görə, qida zəhərlənməsinin simptomları isə adətən çox daha sürətli, saatlar ərzində meydana çıxır.

Müalicə üsulu

Professor Qohil bildirib ki, bu infeksiyaya yoluxduğunuzdan şübhələnirsinizsə, müalicənizi buna uyğun aparmalısınız. Bundan başqa, qida zəhərlənməsi və noravirusun müalicəsi demək olar ki, oxşardır.
 
Lakin norovirusun qida zəhərlənməsi ilə müqayisədə yoluxucu olması onların arasındakı əsas fərqdir. Norovirus bildiyimiz ən yoluxucu infeksiyalardan biridir və onun yayılmasının qarşısını almaq üçün təmizliyə riayət etmək mütləqdir. Bunun üçün əllərinizi tez-tez yumalı, təmasda olduğunuz səthləri dezinfeksiya etməlisiniz. Bundan başqa virusa yoluxarkən ən vacib şeylərdən biri, bədəndə maye itkisini kompensasiya etməkdir. Xüsusilə, heç bir maye qəbul edə bilmədiyiniz halda dehidrasiyanın həyati təhlükə törədə bilər.

Bu simptomlar infeksiyanın xəbərdarlığı ola bilər

Əgər başgicəllənmə və ya halsızlıq hiss edirsinizsə, bu, ciddi dərəcədə dehidrasiya olmağınızın əlaməti ola bilər və bu zaman ER-ə müraciət etməlisiniz. Baş ağrısı da dehidrasiyanın erkən xəbərdarlıq əlamətidir və bu da maye qəbulunu artırmağa ehtiyacınız olduğunu göstərir.

Çox kiçik uşaqlar, çox yaşlı və ya immun sistemləri zəif olan insanlar infeksiyaları daha uzun müddət bədənində saxlaya və daha yüksək dehidratasiya riski daşıya bilər. 

Xüsusi diqqət yetirilməli hallar

Professor körpə uşaqlarda və yaşlılarda dehidrasiyanın bir neçə əlamətinə də diqqət etməyin vacibliyini qeyd edib. Bunlara göz yaşının quruması, ağızın quruluğu, ümumi əhval-ruhiyyə pozğunluğu və reaksiya verməmək daxildir.

Günay

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->