Xəbər lenti

Dövlət qurumunun külli miqdarda borcu var - Rəisin ölkədən çıxışına
Ekonomiks 18:46 11.02.2025

Dövlət qurumunun külli miqdarda borcu var - Rəisin ölkədən çıxışına "stop" qoyuldu

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin dövlətə milyondan çox vergi borcu var.

Qaynarinfo-nun məlumatına görə, 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin  İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1033365.91 AZN vergi borcu yaranıb. 

Qeyd edək ki, 2018-ci ildən 2 Saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Alaverdizadə Cavanşir Baxış oğludur. 

Əldə etdiyimiz məlumata görə, sözügedən borca görə C.Alaverdizadə barəsinnin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->