ABŞ Dövlət Departamenti bir il ərzində Ukrayna Müdafiə Qüvvələrinin 800 mobil döyüş atəş qrupunu maliyyələşdirib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink X (Twitter) səhifəsində məlumat
verib.
O, Ukrayna Milli Qvardiyasının və Dövlət Sərhəd Xidmətinin mobil döyüş qruplarının uğurlu fəaliyyəti, insanları və mühüm infrastrukturu Rusiya hücumlarından mühafizə etməklə insanların həyatını xilas etdiyini vurğulayıb.
Brink həmçinin vurğulayıb ki, ABŞ tərəfindən maliyyələşdirilən 800 mobil döyüş qrupu 2024-cü il yanvarın 1-dən bəri 200-dən çox Rusiya pilotsuz uçuş aparatını məhv edib.
Nizami Bağırov
Şərhlər