Xəbər lenti

Dövlət Dəniz və Liman Agentliyində
Ekonomiks 13:58 27.10.2025

Dövlət Dəniz və Liman Agentliyində "Türk Loydu" Təsnifat Cəmiyyətinin nümayəndələri ilə görüş keçirildi

Dövlət Dəniz və Liman Agentliyində (DDLA) "Türk Loydu” Təsnifat Cəmiyyətinin rəhbər heyəti ilə görüş təşkil olunub. 

DDLA-nın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Əfqan Cəlilov dəniz nəqliyyatı sahəsində tənzimləyici orqan olaraq DDLA tərəfindən son dövrlərdə həyata keçirilən tədbirlər barədə məlumat verib. 

Görüşdə "Türk Loydu” Təsnifat Cəmiyyəti ilə əməkdaşlığın inkişafı, gəmilərə texniki nəzarətin səmərəli təşkili və sertifikatlaşma sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətlərində fikir mübadiləsi aparılıb. Təsnifat Cəmiyyəti tərəfindən gələcəkdə DDLA-da müvafiq sahə üzrə təlimlərin təşkili imkanları da müzakirə edilib. 

"Türk Loydu” Təsnifat Cəmiyyətinin İdarə Heyətinin sədri Oral Ərdoğan Azərbaycanda gəmilərdə həyata keçirilən təsnifat yoxlamalarının vaxtında və yüksək keyfiyyətlə aparılması, eləcə də DDLA ilə qarşılıqlı əməkdaşlığın daha səmərəli təşkili məqsədilə Bakıda nümayəndəlik açılmasının planlaşdırıldığını deyib. Bu təşəbbüs DDLA tərəfindən müsbət qarşılanıb və dəstək bildirilib. 

Müzakirələr zamanı əməkdaşlığın gələcəkdə də uğurla davam etdiriləcəyinə inam ifadə edilib və bu görüş əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi dəyərləndirilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->