Xəbər lenti

Dövlət Agentliyinin mətbuat xidmətinə rəhbər təyin olundu
Ekonomiks 13:19 12.07.2024

Dövlət Agentliyinin mətbuat xidmətinə rəhbər təyin olundu

Azərbaycan Respublikası Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Mətbuat xidmətinə yeni rəhbər təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu vəzifə Hacıyev Kamal Məzahir oğluna həvalə edilib.

Kamal Hacıyev bu təyinata qədər TƏBİB-in tabeliyində olan akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının mətbuat xidmətinin rəhbəri olub.

Qeyd edək ki, K.Hacıyev daha əvvəllər bir sıra dövlət və özəl strukturlarda, həmçinin 14 il müddətində keçmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) mətbuat xidmətində çalışıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->