Dörd hərbçimizin həlak olduğu "İstisu"yun üzəri bağlandı (VİDEO)
Laçında "İstisu"yun üzərinə dəmir tor çəkilib.
"Unikal" xəbər verir ki, bir neçə gün əvvəl 4 hərbçimiz həmin yerdə kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənərək həlak olublar.
Qeyd edək ki, Laçın rayonu ərazisində Azərbaycan Ordusunun 4 nəfər hərbi qulluqçusunun - Emnalıyev Asif Qəhrəman oğlu, Səmədov Tural Maşallah oğlu, Şahmarlı Emin Oqtay oğlu və Cəbrayılov Fərid Famil oğlunun meyitlərinin aşkar edilmişdi.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər