Demokratik İslahatlar Partiyasının Siyasi Şurası 22 iyul - Milli Mətbuat Günü münasibətilə "Həsən bəy Zərdabi və Nəcəf Nəcəfov ənənələrinin davamı və inkişafı uğrunda" mükafata 2024-cü ildə layiq görülən şəxslərlə bağlı qərarını açıqlayıb.
Sözügedən mükafat və diploma internet mediada maraqlı kontent yaratdıqlarına görə Elçin Rüstəmli (Pressklub TV) və Pərvin Kazımoğlu (Qaynarinfo.az) layiq görülüb.
Xatırladaq ki, bu təsisatda məqsəd əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş, 20-ci əsrin 90-cı illərində Nəcəf Nəcəfov tərəfindən yenidən canlandırılmış Azərbaycan mətbuatının maarifçilik ənənələrini davam etdirməyə, azad, demokratik və peşəkar mətbuatın formalaşması uğrunda yorulmadan mübarizə aparmağa, obyektiv və məsuliyyətli sözə üstünlük verməyə həvəsləndirməkdir. Mükafat DİP tərəfindən 2008-ci ildə təsis olunub.
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə sözügedən mükafata layiq görülən jurnalistləri və Azərbaycan KİV-nin bütün nümayəndələrini milli mətbuatımızın yaradılmasının 149 illiyi münasibətilə təbrik edir.
Şərhlər