Xəbər lenti

Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma
Dünya 11:55 10.05.2025

Dahilər daha çox hansı ailələrdə böyüyür? - Alimlərdən təəccübləndirən araşdırma

İlk baxışdan elə görünə bilər ki, uşağın intellektual və yaradıcılıq inkişafı üçün ən uyğun mühit sevgi və qayğı ilə dolu ailədir. 

Qaynarinfo xəbər verir ki, kakin "The Conversation" elmi nəşrinin dərc etdiyi yeni araşdırma bu qənaətin həmişə doğru olmadığını ortaya qoyub.

Məlum olub ki, bir çox yaradıcı insanlar ağır uşaqlıq dövrü keçirib və məhz bu travmatik təcrübələr sayəsində dahilik səviyyəsinə yüksəliblər. Onlar uşaqlıqda qarşılaşdıqları psixoloji gərginlikdən qaçmaq üçün xəyali dünyalar yaradıblar və bu, sonradan onların yaradıcı bacarıqlarının formalaşmasına səbəb olub.

Bu qəbildən olan şəxslərə rəssam Vinsent van Qoq, yazıçılar Frans Kafka, Edqar Allan Po, Virciniya Vulf və müğənni Şineyd O'Konnor misal göstərilə bilər. Onların hər biri çətin uşaqlıq keçirsə də, sonradan böyük yaradıcılıq uğurlarına imza atıblar. Bununla belə, bu dahilik çox zaman nevrozlar və digər psixi sağlamlıq problemləri ilə müşayiət olunub.

Tədqiqatlar göstərir ki, insan yaradıcılığı iki əsas yolla inkişaf edə bilər: ya ilham verən və qayğıkeş valideyn nümunələrinin təqlidi ilə, ya da bu nümunələrin yoxluğunda yaranan narahatlıq və boşluğu kompensasiya etmək məqsədilə.

Psixoanalitik Donald Vinnikot 1971-ci ildə yazdığı "Oyun və reallıq" adlı fundamental əsərində qeyd edib ki, uşaqlar valideyn diqqətindən məhrum olduqda narahatlıqlarını müəyyən davranış modelləri ilə aradan qaldırmağa çalışırlar. Əgər bu məhrumiyyət uzunmüddətli və davamlı olarsa, həmin davranışlar təkrarlanaraq yaradıcılıq vərdişlərinə çevrilə bilər. Təəssüf ki, bu proseslə yanaşı, həmin uşaqlarda sosial münasibətlərdə çətinliklər və davranış pozuntuları da müşahidə olunur.

Bəzi alimlər hesab edirlər ki, müəyyən həddə qədər ailə problemləri uşaqları istedadlarını inkişaf etdirməyə sövq edə bilər. Lakin bu həddi keçdikdən sonra mənfi təsirlər daha ağır nəticələr doğura bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->