Xəbər lenti

Cəngəllik hipnozu (HEKAYƏ, 16+)
Murad KÖHNƏQALA
Sənət 15:25 12.07.2024

Cəngəllik hipnozu (HEKAYƏ, 16+)

Stiven Tomasello Leypsiq şəhərində Maks Plank adına Təkamül və Antropologiya İnstitutunda "Primatların intim dünyası” adlı  doktorluq araşdırmasını təsdiqlədən kimi anası Eden və sevgilisi Lesli ilə atası Maykl Tomasellonun qəbrini ziyarətə yollandı. Onlar Mayklın qəbri önündə bir qədər susduqdan sonra Stiven başdaşına hesabat verirmiş kimi:

- Əziz ata, bilirəm ki, bu gün sənin ruhun xüsusilə şaddır. Söz verirəm ki, sənin başlatdığın tədqiqat işlərini sevə-sevə davam etdirəcəm. Bir vaxtlar sən uzaq əcdadlarımızın yanına sevimli xanımın - anamla getdiyin kimi, mən də öz sevgilimlə gedəcəm. Əziz ata, sənin primatlar haqda dünyaya səs salan "Onlar da insandır!” cümlənin nə qədər haqlı olduğunu biz bir daha sübut etməyə gedirik”, - söylədi. 

Onlar, dünyaca məşhur amerikalı alim, psixoloq, antropoloq, primatoloq, insanla meymunun qohumluğu məsələsi üzərində geniş tədqiqatlar aparmış, ömrünün ən dəyərli vaxtını bu işlərə həsr etmiş Maykl Tomasellonun qəbrini ziyarət etdikdən sonra şəhərə qayıtdılar. Axşam  bir qədər əyləndikdən sonra Stiven Leslini öz evlərinə yola saldı. Cütlük çoxdan sevgili kimi davransalar da onlar hələ toy eləməmişdilər. Buna görə axşam anası oğluna: 

- Oğlum, bəlkə elə səfərinizi biraz ləngidib evlənəsiniz? Onsuz da siz primatların yanına bir yerdə gedəcək, elmi tədqiqatlara birgə başlayacaqsınız, - demiş, Stiven isə tezcə etiraz eləmişdi:
- Yox, ana, özümüz də belə istəyirik. İstəyirik bir yerdə  araşdırmalara başlayaq, toyu isə qayıdanda edək. İkincisi də bunun üçün vaxtımız çox azdı. Sabah bizi institutun direktoru şəxsən qəbul edəcək. Özün məndən də yaxşı bilirsən ki, bu işlərə böyük hazırlıqlar lazımdı. Bizi Kibale meşəliyinin cəngəlliyinə aparacaqlar. Düzdür, orda primatların arasında yaşamaq üçün hər bir şərait yaradılıb, ancaq hər halda biz videogörüntüləri yenidən nəzərdən keçirməli, lazım olacaq hər şeyi əvvəlcədən götür-qoy etməliyik. 
- Yaxşı, oğlum, qoy, sən deyən olsun. Bəli, hələ biz olan vaxtlarda o cəngəllikdə tədqiqat üçün hər cür şərait yaradılmışdı, düşünürəm, hazırda daha da təkmilləşmiş olar. 
- Bəli, orada quraşdırılmış səyyari evdə geniş laboratoriya şəraiti, yüksək səviyyədə videoizləmə şəbəkələri var. Orada olmasam da institumuzda o videogörüntüləri çox izləmişəm. Elə sizin keçmiş görüntülərinizə də çox baxmışam. Yəqin ki, ərzaq və silah təminatı haqda da direktorla söhbətimiz olacaq. Belə baxanda, əlbəttə, institut öz tədqiqatçıları üçün ideal şərait yaradıb. Maaşımız da yüksək olacaq. Yəqin ki, tezliklə sevimli meymunlarımızın yanında olacağıq. 
- Həə, onlar çox sevimlidirlər. 
- Ana, inanırsan, mənə elə gəlir, sizin videolardan, artıq o meymunların hamısını tanıyıram. 
- Həə, elədi, ama, üstündən nə qədər vaxt keçib, ölənlər, yeni doğulanlar çoxdu. 
- Düzdü. Deyirəm, şimpanzeləri dünyaya sevdirməkdə atamın misilsiz rolu olub.
- Əlbəttə, oğlum. Yadımdadı, atan özünün məşhur "İnsan ünsiyətinin mənşəyi" kitabında yazanda ki, onlar da insandır, əksini düşünən alimlər biri-birinə dəymişdi. Düşünürəm ki, sizin tədqiqatlarınız da primatların cinsəl həyatı və anatomiyası haqda yeni sensasiyalar yaradacaq.
- Mən də elə düşünürəm, - deyib Stiven başını yüngülcə yellədi.

***

Ertəsi gün səhər saatlarında Təkamül Antropologiya İnstitutunun baş direktoru və bir neçə elmi işçi gənc tədqiqatçılar – Stivenlə Leslini qəbul etdilər. Əvvəlcə, özünün çevik hərəkətləri ilə seçilən, həmişə də hövsələsiz adam təsiri bağışlayan direktor danışdı:

- Sizin bu səyahətiniz mənə atanız Mayklın səfərini xatırladır. Gərək siz də evlənəydiniz. Ancaq eybi yox, möhtəşəm qayıdışınızı toyunuzla birgə qeyd edərik. Demək belə, - böyük ekranda meşəliyin içindəki evi göstərərək, - baxın, bu sizin yaşayacağınız evdi. Baxın, otaqlar, laboratoriya, balkonlar, geniş həyət. Bunlar izləmə aparatlarıdı, primatlar onları heç vaxt hiss eləmirlər. Bizim də burdan izləmək imkanımız var, ekstremal şərait yaranarsa dərhal əlaqədəyik. İstədiyiniz vaxt yataq otaqlarının görüntüsünü söndürə biləcəksiniz. Hər cür ərzaq, konservləriniz, su içkiləriniz, bir neçə nəfər işçimiz  sizinlə birgə yola düşəcək. Sizi bütün rahatlıqlarla təmin etdikdən sonra işçilərimiz adanı gəmi ilə tərk edəcəklər. İstədiyiniz vaxt helikopterlə harayınıza çatmaq imkanımız olduğunu da unutmayın. 

Direktorun sözlərindən sonra köməkçilərdən biri: 
- Bilirsiniz ki, illər öncə orada havaya güllə atılıb, o vaxtdan bəri əcdadlarımız bizim tədqiqatçılarla heç vaxt aqressiv davranmırlar. Çünki, bizim tədqiqatçı olmağımıza və onların həyatına mane olmayacağımıza əmindirlər.  

Stiven: 
- Aydındır, - deyə Lesliyə baxaraq gülümsədi.  

Direktor üzünü yenidən Stivenə tutaraq:
- Əziz Stiv, bizim institutumuzun adını ən çox sizin atanız məşhurlaşdırdı. Lakin atanız Maykl hələ bizə qədər, Amerikada yaşayarkən ilk dəfə Qvineya cəngəlliyində tədqiqat aparıb. Onu tələbəlik illərindən bu sual düşündürüb: "İnsanla  şimpanze arasındakı fiziki və genetik bənzərlik onların eyni növdən olduğuna işarədir, yoxsa burada daha başqa sirlər var?” 

Tomasello anlayıb ki, bütün bu suallara cavab vermək üçün kitabxanalar və elmi institutların kabinetləri kifayət etmir. Bəşər cinsinin primatdan insana dönüş prosesi - yüz min illərlə davam edən bu keçid dövrü diqqətlə öyrənilməlidi. Alim öz nəzəriyyəsini arxiv materialları və  başqa nəzəriyyələr əsasında deyil, təbiətin özündə, primatların davranışları əsasında qurmağı qərara alıb.  

Elə bu məqsədlə də o, Qvineyanın cəngəlliklərinə üz tutub. Primatların, şimpanzelərin sıx olduğu meşəliklərdə alaçıq quraraq yaşamağa və meymunlar üzərində təcrübələr aparmağa başlayıb. Bütün ehtiyat tədbirlərinə baxmayaraq, alim öz həyat yoldaşı ilə birgə dəfələrlə təhlükəyə məruz qalıb. Lakin Tomasellonun araşdırmaçı marağı bu təhlükələri üstələyib. Onun illərlə apardığı təcrübələrin mahiyyətində bir fundamental məsələyə izah tapmaq dayanırdı: Meymunların davranışı şüurludur, yoxsa instinktiv? Başqa sözlə, onlar digər heyvanlar kimi yalnız bioloji varlıqlardı, yoxsa insan kimi sosiallaşa bilirlər? – söylədi.
 
Lesli onların söhbətinə qarışaraq:
- Bəli, - dedi,-  Maykl Tomasello məhz, ikinci primat dəstəsini tədqiq etdikdən sonra sübut edir ki, bu qəbilələrin hərəsinin öz dili var. Beləliklə, alim primatların dilinin instiktiv yox, şüuri olduğu qənaətinə gəlir. 
- Doğrudur, - deyib Stiven onun sözlərinə qüvvət verir, - atam həmişə deyirdi ki, vəhşi insan qəbilələrində olduğu kimi, primatların da hər qəbiləsinin öz dili var. Sözlər azdır, ancaq onların danışıq dilinin olmasını biz heç vaxt dana bilmərik. 
- Biz Mayklı Almaniyaya dəvət edəndə çağırışımızı dəyərləndirərək ABŞ-dan birdəfəlik köçüb gəldi. Bilirdik ki, alimi daha çox kils ənin münasibəti narahat eləyir, ona görə bu yerdəyişməyə çox sevinirdi, - direktor əlavə elədi.
- Anam deyir, bir dəfə Maykl televiziyada öz tədqiqatlarından təxminən bu cür epizod danışmışdı: "Tədqiqat apardığım ərazidə şimpanzelərin sayı 1200-ə çatır. Mən onların şüurunun sosial xarakterli olub-olmamasını yoxlamağa tələsirdim. Ürəyimin dərinliyində hiss edirdim ki, biz insanlar onlarla qohumuq. Ana meymunun öz balasını, eynən insanlar kimi, kürəyinə mindirib gəzdirdiyini görəndə bu düşüncəmdə xeyli əmin oldum. Onların bu hərəkəti instinktiv deyil, daha çox sosial akta bənzəyirdi...” 

Anam söyləyir ki, həmin verilişdən sonra keşişlər evimizə zəng edib ona təhqiramiz sözlər deyirdilər. Bir keşişin: "Sənin o primatların doğrudan da insandırsa, qoy gəlib kilsədə şam yandırsınlar” sözlərinə atam belə cavab veribmiş: "Onlara kilsə lazım deyil, lazım olarsa gedib yandırarlar”. 
- Yadıma gəlir, - elmi işçilərdən biri bu söhbətə öz xatirəsini əlavə etməyə başladı, - bir dəfə elmi-diskussiya görüşündə Maykl Tomasellonun kitabını əlində tutmuş bir psixoloq kitabdan bu epizodu oxudu: "Mən şimpanzelərimi azacıq şüur tələb edən elementar bir çətinliklə üzləşdirdim. Onların gedib-gəldiyi yolun üstünə iri bir ağac kötüyü qoydum və ağacın gövdəsini primatın barmağı girə bilməyəcəyi dərinlikdə oyaraq içinə bal tökdüm. Öyrənmək istəyirdim, əlləri girməyən  oyuğun içindəki balı götürmək üçün, onlar hər hansı vasitədən istifadə edəcəklərmi? 

Nəhayət, bir dəstə gəlib kötük olan yerə çatdı. Onlar kötüyün üstdəki balı yedikdən sonra oyuqdakı balı da əldə etməyə çalışdılar. Barmaqları oyuğa girmədiyi üçün xeyli fikirləşəsi oldular. Birdən gözlənilməz bir olay! Yaşlı meymunlardan biri nazik bir budaq qıraraq yarpaqlarını təmizlədi və çubuğu oyuğun içinə soxdu. Bu metodla balı oyuqdan çıxarıb dada bildi. Onlar bu metodla oyuqdakı balın hamısını çıxarıb sora bildilər. Əcdadımızın bu kəşfindən heyrətə gəlmişdim. Demək, şərait tələb edən kimi onun şüuru işə düşür. Mən primatın düzəltdiyi o budağı ilkin əmək aləti adlandırıram. 

İkinci əməliyyatı biraz mürəkkəbləşdirmək qərarına gəldim. Bu dəfə bal tökdüyüm oyuğun ağzını taxta tıxacla kip qapadım. Səhərə yaxın "qonaqlar” gəldilər, bal bulaşmış tıxacın ətrafında xeyli hərləndilər, maneəni necə aradan götürmək barədə fikirləşirdilər. Çox maraqlıdı, yaşlı şimpanze çıxış yolu axtararkən, eynilə bizim kimi, alnını qaşıyırdı. Nəhayət, məsələnin həllini tapdılar. Abola adlandırdığım 40 yaşlı meymun yerdən iri bir daş götürüb tıxacı laxlatmağa başladı. Xeyli çalışdıqdan sonra tıxacı daşla oynadıb oyuqdan araladılar. Sonra nazik budaqla oyuqdan balı çıxarmağa başladılar. Bu dəfə oyuğa çubuq batırmaq əməliyyatını gənc meymunlar da təkrar edirdi. Bu, artıq yaşlı nəslin qazandığı təcrübə əsasında əmək vərdişinin yaranması idi”, – və oxuduqdan sonra Tomasellodan  soruşdu: - Yəni, tülkünün toyuğu hindən oğurlaması ilə burda bir fərq varmı? Maykl ona belə cavab verdi: - Əlbəttə, bunlar fərqli hərəkətlərdi. Tülkünün toyuğu aparması milyon illərdən gələn instinktin məhsuludu. Ancaq şimpanzenin dərhal çıxış yolunu düşünüb tapması şüurun əlamətidir.

Söhbətin uzanacağını hiss edən direktor yenidən çevik bir dillə görüşü yekuynlaşdıraraq:
- Yaxşı, əziz dostlar, Tomasellonu da belə yad elədik. Təbii ki, cənab Stivenin və xanım Leslinin tədqiqatları Tomasellonun elmi işlərinin davamı olacaq. Gənc alimlərimiz primatların ailə quruluşunu və intim həyatını tədqiq etməyə yollanacaqlar, -  söylədi və uğurlar arzulayıb onları yaxın zamanda gəmi ilə primatların cəngəlliyinə yola salacaqlarını bildirdi. 

***

Gəmi Kibale meşəliyinə lövbər alaraq ləngərlənib dayandı. Stiven, Lesli və onları müşaiyət edən işçilər tələsərək gəminin atma körpüsündən meşəyə tərəf keçdilər. Ayağı meşəliyə dəyən kimi Stiven üzünü cəngəlliyə tutaraq şən səslə:
- Əcdadlarımızı salamlayıram! – qışqırdı.

Sərnişinlərin hamısı xoş ovqatda idi. Onlar meşəliyin biraz dərinliyinə gedib tədqiqat evini tapdılar. Gətirdikləri topa açarlarla qapıları açdıqdan sonra gəmiyə qayıdıb ərzaqları buraya daşımağa başladılar...

Gecə generatorların verdiyi işıqlarla evin hər tərəfi çıraqban olsa da istər-istəməz ətrafdakı saf qaranlıq və vəhşi heyvan səsləri onlarda qəribə vahimə yaradırdı. İnstitut işçilərinin sabah onları tərk edəcəklərini xatırlayan Lesli lap üşənirdi. 

Gecə gec yatdıqlarına görə gəmi sərnişinləri səhər lap gec oyanmışdılar. Onlar yenidən meşə gəzintisindən sonra qayıdıb yeddi nəfər üçün geniş süfrə açdılar. Yeyib-içib şənləndilər. Axşama dönəndə isə gəminin yanına gəlib kiçik bir vida mərasimi düzənlədilər. Şənlikdən sonra geri qayıtmaq üçün beş nəfər gəmiyə mindi. 

Ümumi plan belədir: gəmi bir də dörd aydan sonra gənc alimlərin arxasınca gələcək. Alimlər öz tədqiqatlarını institutda bölüşdükdən və hesabat verdikdən bir ay sonra yenidən dörd aylığa    cəngəlliyə qayıdacaqlar. 

Tezliklə gurultulu mühərrik işə düşdü. Gəmi yavaş-yavaş sahildən uzaqlaşarkən gəmidəkilərdən biri aşağıda onlara əl eləyən Lesli və Stivenə tərəf qışqırdı: 
- Əlvida bizim yeni Robinzonumuz və Cüməmiz!

***

Artıq, on gün olardı ki, Stivenlə Lesli yavaş-yavaş evin ətrafındakı meşəliyin dərinliklərinə baş vurur, ancaq hələlik şimpanzelərə rast gəlmirdilər. Düzdü, gecələr primat dəstəsinin qışqırtısı lap yaxınlarda eşidilirdi, lakin meymunlardan gözə dəyəni yox idi. Ancaq onlar yaxşı bilirdi ki, yerli şimpanzelər gec də olsa yavaş-yavaş yeni qonaqların görüşünə çıxacaqlar. 

Nəhayət, bir səhər Lesli Stivi oyadaraq uzaq ağaclıqdan ehtiyatla evə tərəf boylanan  şimpanzeni göstərib: 
- Ona bax-ona bax! Əcdadlarımız artıq, yaxınlıqlardadır! – deyə pıçıldadı. 
- Həə, gördülər ki, biz burdan getmirik, özləri yavaş-yavaş üzə çıxacaqlar. Yəqin, dəstənin başçısıdı, cəngəlliyin meridi, yəni, - deyə Stiven zarafat elədi. - Dur çıxaq, özümüzü onlara göstərək.

Onlar bayıra çıxanda uzaqdan boylanan şimpanze artıq yoxa çıxmışdı. 

Stiven: - Dayan, - dedi, - gəl biraz mer-meyvə götürüb onların arxasınca gedək, ola bilsin hardansa bizi güdürlər, xoşməramlı olduğumuzu bilib tədricən yaxınlaşacaqlar. 

Onlar evə qayıdıb əllərində bir neçə apelsin yenidən meşəyə doğru irəlilədilər, lakin şimpanzelərdən bir xəbər yox idi. 

Bu hadisədən təxminən bir həftə sonra qəfildən evin ətrafında bir dəstə şimpanze peyda oldu. Stiven nədənsə evdə yox idi. Lesli ürəyinin dərinliyində qorxsa da bayıra çıxıb onları qarşılamaq qərarına gəldi. Evin ətrafına yığılmış meymunlar oynaşaraq şən əhvalla irəli-geri atılırdılar. Stiven də haradansa peyda oldu və yavaş-yavaş primatların başçısına tərəf getdi. Başçı hürkək hərəkətlə azacıq geri çəkildi. Bu zaman Stiv evə girib əlində bir neçə apelsin geri, başçının hüzuruna döndü. O, meyvələri uzadan kimi başçı dostluq əlaməti olaraq apelsinləri ondan aldı və şən bir səs çıxartdı. Bu, onun dəstəyə ötürdüyü rahatlıq və dostluq mesajı idi. 

Həmin gündən sonra gənc alimlər primatlarla mütəmadi olaraq görüşür, onların videogörüntülərini izləyir, ümumi müşahidə jurnalına qeydlər eləyirdilər. Onların ümumi tədqiqat proqramı təxminən belə idi: "Primatlar cinsi əlaqəyə hansı şərtlərlə girir? Bu aktlarda nə kimi icazə və qadağalar var? Onlar neçə yaşında yetkinlik yaşına çatmış sayılır? Onlarda qısqanclıq hissi mövcuddurmu? İnsanla primatın cütləşməsindən sağlam döl əmələ gələ bilərmi?” 

Cütlük apardıqları tədqiqat və gəldikləri nəticələr haqda mütəmadi olaraq qeydlər aparırdılar. Artıq onların jurnalında bu cür ilkin qeydlər peyda olmağa başlamışdı:

"Onlar yarpağı bakal formasında büküb suyu onunla içirlər. Primatların şüurlu olmasına daha bir parlaq nümunə: ana şimpanze qozu daşla qırıb yeyir, balasına isə onu yarısınmış halda ötürür. Təcrübəsiz balaca meymun da məcburən daş götürüb qozu  qırmağa çalışır. Yəni, yaşlılar bu yolla öz əmək təcrübəsini kiçiklərə ötürürlər”. 

"Bizim primatlar əsasən quş yumurtaları, bitkilər, meyvələr, bal, müxtəlif həşəratlar, balıq və meduzalarla qidalanırlar”. 

Alimlər primatların intim həyatından da müəyyən qeydlər apara bilmişdilər: 

"Şimpanzelərin xüsusi çoxalma mövsümü yoxdur. Bu amil əsasən fərdlərin fiziki vəziyyətindən və yaşından asılıdır. Hamiləlik onlarda 7-8 ay davam edir. Yetkinlik yaşına çatmayan şimpanzelərin dərisi açıq çəhrayı rəngdə olur və böyüdükcə tündləşməyə doğru gedir. Yetkinlik dövrünə 10-12 yaşında çatırlar. Cütləşmək vaxtı gələndə əsasən dişinin özü seçdiyi erkəyə yaxınlaşır”.

"Körpənin doğulması şimpanze ailəsində böyük sevinc yaradır. Körpə anasına çox bağlı olur, ana öz balasının canı ilə qoruyur. Qrupun bütün dişiləri körpələrə sevgi ilə yanaşırlar”.
 
Alimlər beləcə, primatların hər hərəkətini izləyir, bacardıqca elmi nəticə çıxarmağa çalışırdılar. Primatlar hərdən tək-tək, bəzən isə dəstə ilə evə yaxınlaşır, sonra yenidən cəngəlliyə qaçırdılar. Axşam olanda Stivgil öz doğmaları və dost-tanışları ilə telefon əlaqəsi saxlayır, görüntülü danışırdılar. 

Bir gün axşam saatlarında onlar gənc bir şimpanzenin pəncərəyə yaxınlaşdığını gördülər. Lesli Stivi səsləyərək: 

- Ona bax, əlini qoyub pəncərədən bizə baxır. Maraqlıdır, gecə vaxtı niyə təkcə gəlib bizə? İşıqdan da qormur heç, - söylədi.
Stiven baxdı ki, gənc bir şimpanze maraqla onları izləyir. O, Lesliyə:
- Bəlkə qapını açıb onu içəri buraxaq? – dedi. 

Lesli qəti şəkildə etiraz elədi:
- Sən nə danışırsan? Bu gün onu içəri buraxsaq sabah hamısı sürü ilə evə cumar. Onun bizim yataqda nə işi? 
- Yaxşı-yaxşı, həyəcanlanma, heç kim bura dəstə ilə girən deyil! Gəl, bunu buraxaq evə görək nə istəyir?
- Səncə nə istəyəcək? Dişidi, yəqin cütləşmək vaxtıdı, cütləşmək istəyir! İstəyirsən onu da üçüncü partnyor kimi öz yatağımıza buraxaq? Lesli narazı halda deyindi. 

Stiv: 
- Əzizim, ciddisən? Bircə məni şimpanzeyə qısqanma! – deyib güldü. 
- Nə şimpanze? "Onlar da insandır!” – imza Maykl Tomasello! – Lesli qətiyyətlə dilləndi. 

Stiven: - Yaxşı-yaxşı, əsəbiləşmə, mən indi onu yola salaram, - deyib bayıra, "gənc qızın” yanına çıxdı. Digər primatlardan fərqli olaraq, bu şimpanzenin dərisi açıq rəngə çalır, gözləri isə iri və mavi idi. O, pəncərənin qarşısında dayanıb içəridəki televizoru seyr edən meymuna: - Gözəl qız, nə istəyirsən, niyə gedib ağaclara dırmaşmırsan? – səslənərək güldü.  Xoş rəftar hiss edən meymun yavaş-yavaş yaxınlaşaraq qorxaq bir jestlə əlini ona uzatdı. Stiv ehmallıca onun əlini tutdu. Stivin arxasınca evdən çıxan Lesli onların bu halını görüb: - Mən bilirdim ki, bunun axırı heç də yaxşı olmayacaq, - deyərək güldü və arxasınca: - deyəsən, məndən heç xoşu gəlmir, - söylədi.  

- Lesli, sən bunun dərisinin rənginə bax, elə bil o birilərdən fərqlidi, həə? 
- Nə bilim, heç nə deyə bilmərəm. Hə, deyəsən bu, biraz fərqlidi. Nə bilmək olar, bəlkə də atası hansısa tədqiqatçı olub, ha-ha-ha! – Lesli uğunub getdi. Bayaqkı qısqanclığına indi gülməyi tuturdu. 
- Düzdü, indiyə qədərki tədqiqatlar deyir ki, insanla  primatın cütləşməsindən döl törəyə bilməz, çünki genlərimizin yalnız 96 faizi uyğun gəlir. Məncə, 96 faiz uyğun gəlirsə, hardasa, istisnalar da olmalıdı. – Stiv təzədən gənc şimpanzenin gözlərinə baxaraq: -nə deyim, hər şey ola bilər, - söylədi.  
- Deyəsən bu, yetkinlik yaşındadır. Onun cütləşmə dövrüdür, yəqin. – Lesli ciddiləşdi.
- Məncə də! Çünki, onun dərisinin rəngi uşaqlıq dövrünün rəngini çoxdan arxada qoyub.
- Sən onun əlini burax, - Lesli güldü, - biri-birinizə vurula bilərsiniz.  

Stiven: - Hər şey ola bilər, - deyərək ucadan güldü və şimpanzenin tüklü, zərif əlini buraxdı. Gənc primat görüşün bitdiyini duyub onlardan ayrılaraq cəngəlliyə doğru qaçdı. Onlar bir müddət gənc primatın arxasınca baxdılar və yenidən evə döndülər. 
- Çox maraqlıdı, bu qız niyə tək gəlmişdi? – Lesli yenidən soruşdu.
- Ola bilsin belə şeylər onlar üçün adi haldır. Nə bilim! Ancaq bu üç ay ərzində bir dəfə də olsun gecə vaxtı bizə qonaq gələn olmayıb. 
- Gecə vaxtı, özü də tənha! - Lesli əlavə etdi, - doğrudan heç belə şey olmamışdı. 
- Bu sarışqa, nəsə, qeyri-adi idi, hə? Mən ona işıqda diqqətlə baxdım, dodaqları da tüksüz idi.  
- Yaxşı görək dəə, yox bir, makiyaj eləmişdi. - Lesli onun sözlərinə istehza ilə yanaşdı. 
- Əzzim, biz tədqiqatçıyıq, hər şeyə diqqət etməliyik.   
- Mən sabah bütün video-görüntüləri nəzərdən keçirəcəm, görüm sənin bu sarışqanın intim həyatı varmı. 
- Həə, maraqlıdı. Ancaq o, yetkinlik yaşındadır, yəqin ki, bir erkəyi var. Adətən, primatlar yetkin yaşa çatan kimi cinsi əlaqəyə girirlər, prosesi yubatmırlar, - Stiven bildirdi. 

***

Sabah səhərdən laboratoriyada çalışan Lesli axşamüstü Stivə dedi:
- Maraqlıdı, görəsən, sarışqa bu gün də gələcəkmi? Darıxdım ee, lap. Onun görüntülərini də tapmalıyam görüm, dostumuz bazlığa başlayıbmı. 
- Ha-ha-ha, bazlıq ee! – Stiveni gülmək apardı. – Mənim üçün də maraqlıdı, bu qız kimin sevgilisidi?
- Dayan, indi bir şey taparam mən ondan. Jestlərindən biləcəm. Qoy, elə bilməsin ki, cəngəllik özbaşınadır! – deyərək şaqqanaq çəkib gülən Lesli böyük ekranda müxtəlif video epizodları yoxlamağa  başladı. 
- Sən bax, mən bir çay dəmləyəcəm, - Stiv otaqdan çıxdı. 
Aradan biraz keçməmiş Lesli sevgilisini səslədi:
- Gəl ee, gözəl oğlan, gəl bura! Gör nə tapmışam! Ancaq çox maraqlıdı, heç inanmağım gəlmir!
- Nooldu? – Stiv tələsik onun başının üstünü aldı. 
- Bir neçə epizod tapmışam, ancaq maraqlıdı, sənin sarışqan heç kimə vermək istəmir. Bir dənə bu epizoda baaax! Gördün? Bax, bu Boba dediyimiz oğlan neçə dəfə ona sürtünmək istəyir, ancaq qız onu vurub qovur. Bax, burda lap aydın görünür. Obaaa! Bax! 
- Əgər erkək ona yaxınlaşırsa, demək, dostumuz yetkinlik dövründədi, - Stiv videoya baxa-baxa dilləndi. 
- Həə! Özü də bunun yetkinlik dövrü çoxdan başlayıbmış ee. Bax, sənə hələ bir ay bundan əvvəlin videosunu göstərəcəm. Baaax! Burda da yazıq Boba onu istəyir, di gəl ki, qız yenə şıllaqlayır.
- Maraqlıdı, bəs, bu bizə niyə gəlmişdi? Bəlkə bizdən kömək istəyirmiş? 
- Ola bilərmi sənə vurulsun? – Lesli ciddi görkəm aldı. 
- Sən məzələnirsən? – Stiv incik dilləndi.
- Niyə ki? Onların hissi yoxdu? Onlar insan deyiiil? Nə olsun bizdən fərqlidirlər, onların da yaxşısı-pisi, gözəli-eybəcəri var daa! Məsələn, sənin sarışqan onların arasında dünya gözəlidi, - Lesli güldü.
- Olsun, qoy mənə vurulsun, bir də gəlsə mən səni sevdiyimi ona deyəcəm. Danışdıq? Özü də o, təkcə bizə yox, həm də pəncərədən televizora baxırdı. Plyaj mənzərələrini, çimərlik paltarında olan adamları seyr edirdi, – deyən Stiv ciddi görkəm aldı.
- Yox, elə deyil. Mən sənə and içərəm ki, o, sənə vurulub. Ürəyimə damıb ki, sən də onu sevəcəksən, vəssalam.
- Əzizim, - Stiv təccüblə ona baxdı, - deyəsən, cəngəllik həyatı sənin başını xarab eləyib! Mən səni sevirəm! Sən buna inanmırsan?
- Niyə ki? İnanıram! Düzdü, sən məni sevirsən, ancaq onu da istəyirsən. Mən bunu hiss edirəm, sən onu istəyirsən! – Lesli məyusluqla dilləndi.
- Yaxşı-yaxşı, söndür onu, dur gedək yataq, - Stiv barışdırıcı səslə dedi.
- Yox, mənim yuxum gəlmir. Sabah sarışkan gələr onunla yatarsan.
- İndi bu nə demək oldu? – Stiv qışqırmaqdan özünü zorla saxladı, - mən bir meymun haqda xoş söz deyə bilmərəm?
- Niyə demirsən ki? Deyə bilərsən! Həqiqətən onun gözləri gözəl idi...
- İlahiii! Əzizim, mən yəni demək istədim ki, o, digərlərindən fərlənir, biz alimik, biz bu şeyləri öyrənməyə gəlmişik bura. 
- Əzizim, sən sakit ola bilərsən, mən hələ o vəziyyətə düşməmişəm ki, səni hansısa meymuna qısqanam! Ancaq bil, sən onun əlini elə sevgi ilə tutmuşdun, mənim əllərimi elə məhəbbətlə tutduğun yadıma gəlmir. Xahiş edirəm inciməyəsən, mən hiss etdiklərimi dedim. 
- Yaxşı-yaxşı, qurtar bu söhbəti, mən səni sevirəm!
- Mən də səni sevirəm... 

***

Maraqlıdır ki, həmin gündən sonra Stiv də, Lesli də özlüyündə sirli "qonağ”ın yenidən gəlməsini arzulayırdılar. Günlər ötüb keçir, qonaq isə gəlmirdi. Nədənsə Sarışqa videogörüntülərdə də çox epizodik görünürdü. Nəhayət, doqquzuncu gün gecə yarı sarışqa alimlərin pəncərəsindən içəri boylandı. Əlini gözlərinin üstündə pəncərəyə dirəyib içəri boylanan Sarışqanı birinci Stiv görsə də Leslidə qısqanclıq yaratmamaq üçün özünü görməməzliyə vurdu. Az keçməmiş Lesli pəncərədən baxan meymunu gördü və sevincək otaqda qışqırdı:
- Gəlib ee, qonağımız, gəlib! Bir ora baxsana! 

Onlar dərhal bayıra çıxıb gənc primatın yanına gəldilər. Meymun cəld onların arasına girərək hər ikisinin əlindən tutdu. Lesli gülərək ona xoşgəldin elədi: 
- Nə yaxşı gəldin, gözəl qız, biz səninçün çox darıxmışdıq. 

Onun sözlərini eşidər-eşitməz meymun Leslinin əlini buraxıb dikələrək Stivenə sarıldı. Stiven sevgilisinin tənələrindən qorxub onun qollarını ehmalla özündən açmağa çalışarkən Lesli:
- Dəymə, qoy qucaqlasın, - dedi, - o, səni sevir. 

Stiven yenidən öz etirazını meymuna bildirdi:
- Sarışqa, sən neynirsən, burax məni, burax-burax! – deyib onu özündən kənarlaşdırmaq istədi, - sən Bobanın yanına get, get Bobanın yanına, seviş onunla. Görürsən, mənim gözəl sevgilim var, get sən, get!

Stivenin etiraz səsini eşidən sarışqa ona daha möhkəm sarıldı. Lesli heyrətlə:
 - Vəssalam, mən artıq səni onun əlindən ala bilməyəcəm, - söylədi. 

Birdən sarışqa atılaraq nazik, uzun dodaqlarını Stivenin üzündə, sonra da dodaqlarında gəzdirdi. Bu mənzərəni seyr edən Lessi qəşş eləyib güldü. Sarışqanın gözlənilməz jestindən Stiv utanıb pərt oldu. - Sən neynirsən? – deyib üz-gözünü dirsəyi ilə sildi və: – gedək burdan, gedək, - deyərək Leslini kənara dartışdırdı. Onlar evin qapısına tərəf gedərkən Sarışqa da onların arxasınca düşdü. 
- Sarışqa, - Stiven ona tərəf çevrildi, - axı biz yatmağa gedirik, sən də get yat, sabah görüşərik. 

Sarışqa onun sözlərinə etiraz olaraq bir neçə dəfə kədərli səs çıxartdı. 
- Qoy gəlsin, dəymə ona, - Lesli dilləndi, - heç nə olmaz, bizimlə yatar. 
- Sən nə danışırsan, sabah tayfa elə bilər biz onu oğurlamışıq, yəqin bu saat anası onu axtarır, - Stiv etiraz elədi. 

Stiv evin qapısını açan kimi Sarışqa evə birinci daxil oldu. Ötən dəfədən fərqli olaraq, meymunun gözlənilməz hərəkətləri nədənsə Leslinin xoşuna gəlirdi. Onlar sarışqanı çay süfrəsində oturdub çay verdilər. Meymun çaydan imtina etdikdən sonra ayağa durub otaqda var-gəl etdi və divardakı ekrana yaxınlaşdı. Stiv onun xətrinə bir-bir kanalları çevirirdi. Dəyişən kanalları seyr edən sarışqa barmağını şəhər mənzərələrini göstərən kadra tuşladı. Stiv həmin kanalda saxladı. Meymun maraqla ekrandakı şəhəri, adamları, maşınları izləyirdi. Səhərə yaxın sarışqa çıxışa yaxınlaşıb getmək istədiyini bildirdi. Onlar qapını açan kimi sarışqa evdən çıxıb sürətlə cəngəlliyə doğru qaçdı. 

Stivlə Lesli biri-birinə baxıb başlarına gələn əhvalata acı-acı gülümsədilər. Lesli yenidən Stivi bizləməyə girişdi:
- Öz aramızdı, onun evə gəlməyini çox arzulayırdın.
- Bəlkə bu haqda heç danışmayaq? Qorxuram, sən məni bu meymuna qısqanasan. Hər dəfə o peyda olan kimi aramızda ziddiyət yaranır. Elə bil bu meymunda nəsə, ziddiyət enerjisi var. Sənə elə gəlmir? 
- Meymunda heç bir bəd enerji yoxdu, adi primatdı, sadəcə, o sənin gözlərinə dünya gözəli kimi görünür. O səni öpəndə əriyib getmişdin, özündən xəbərin yox idi.
- İnan ki, sən məni dəli eləyəcəksən! Mən tezcə üz-gözümü silmədimmi?
- Əksinə, onun ağzının şirəsini təzədən üzünə yaxdın. 
- İlahi-ilahi, sən özün mənə kömək ol! Bu nə ağıldı səndə? 
- Bəli! İlahi, sən mənə də kömək ol, bu iki sevgilinin əlində qalmışam! Bilirsən nə fikirləşirəm? Onsuz da yaxınlarda dörd ayımız tamam olmaq üzrədi, mən elə sabahdan instituta zəng edib nəqliyat istəyəcəm, artıq şəhərə dönmək haqda düşünürəm. 
- Sən nə danışırsan, bəs, tədqiqatlar?
- Mən belə işləyə bilmirəm, buranı tərk etmək istəyirəm. Məni bağışla! 
- Bəs, mən necə olacam, mən axı səni sevirəm? 
- Sən o primatla öpüşəndə bildim ki, artıq məni sevmirsən! 
- Sən nə danışırsan, öpüşmək nədi?
- Bəli, sən onunla öpüşürdün, gözlərini yumub məst olmuşdun. 
- Əzizim, məst olmaq nədi? Bir vəhşi adamı öpərsə nə hisslər keçirər? Bundan ötrü biz ayrılmalıyıq? 
- Mən artıq, bu duyğularla səninlə yaşaya bilmərəm! – Lesli fikrini qətiləşdirərək kövrəldi. 
Stiv onun bardaş qurub oturduğu geniş kresloya yaxınlaşmaq istədi. Lesli sağ əlinin içini ona tərəf tutaraq: - Lazım deyil! – söylədi. 
- Yaxşı, qoy belə olsun! Ancaq mən dörd ayımız tamam olandan sonra da getməyəcəm burdan. Məni maraqlandıran suallar çoxdu. Səni yola salacam, ancaq özüm burda qalacam. 
- Ay sağol, sən öz sevdiyinin yanında qalarsan... 

***

Sabah Lesli elə Stiven ilə birlikdə instituta zəng etdilər. Qəfil qərar olduğuna görə gəmi biraz gec, bir neçə gündən sonra cəngəlliyə yan aldı. Gəmidə gələnlər onlarla xoş əhvalda görüşdükdən sonra Leslinin çemodanını tezcə göyərtəyə sürüyərək tələsdiklərini bildirdilər. Stivenin isə gücü yalnız onların arxasınca əl eləməyə çatdı. Axşam isə anasına zəng edib əhvalatı ona danışdı. Anası onu sakitləşdirərək: "Eybi yox, sən gələnə qədər mən Lessi ilə danışaram, yaxınlarda sən də qayıdanda sizi barıdıraram” - söylədi. Stiven isə barışın mümkün olmadığını, həm də yaxınlarda gəlmək istəmədiyini bildirdi. Anası ona:
- Yox oğlum, sən də gələrsən, bir aydan sonra yenidən qayıdarsan, hər şeydən ötrü həyatdan belə küsmə, - söylədi. 
- Ana, hələlik ürəyim belə istəyir, burada özümü daha rahat hiss edəcəm, tək olmağıma baxma, belə çox rahatam - deyə israr elədi. 
- Yaxşı, oğlum, haçan ürəyin istəsə institut yanında olacaq, - anası oğlunu sakitləşdirmək üçün onun fikrinə zidd getməyi lazım bilmədi.

***

Stiven hiss edirdi ki, hər an sarışqa üçün darıxır. Gündüzlər videogörüntülərdə onu axtarır, gecə olan kimi evdən çıxıb həyətdə hərlənir, sarışqanın peyda olmasını arzulayırdı. 

Bir gecə gözlədiyi möcüzə baş verdi, sarışqa artıq həyətdə idi. Stiv cəld həyətə çıxıb onun yanına qaçdı. Sarışqa dikələrək əllərini qabağa uzadıb onun əllərini tutdu. Stiv onun əllərindən tutaraq  özünə tərəf çəkdi və onu bərk-bərk qucaqladı. Onlar birlikdə evə daxil oldular. Stiv çox sevinirdi. O, hiss etdi ki, həyatında heç vaxt belə sevinməyib. Sarışqanın qarşısında atılıb-düşür, ona: "Ürəyin nə istəyir, çay, kofe, konyak, toyuq qızartması?” – deyərək zarafat eləyirdi. Ancaq bilirdi ki, Sarışqa onu başa düşmür, buna görə ağlına nə gəlir danışıb gülürdü. Gənc şimpanze isə hərdən şən səslər çıxararaq tez-tez onun əllərindən tuturdu. Birdən gözlənilməz bir hadisə oldu: sarışqa Stivin köynəyini dartışdırıb cıraraq onun əynindən çıxartdı. Stiv şimpanzenin bu jestini özlüyündə əvvəlcə aqressiya kimi yozsa da sonra hiss elədi ki, bu aqressiya deyil, sadəcə, sarışqa onun sinəsini sığallamaq istəyir. Sonra meymun iki əli ilə Stivin başını yumruqlamağa başladı. Stiv onun bu şıltaqlığından məst olurdu.  Sarışqa qəfil Stivin sağ əlini öz ayaqlarının arasına apardı. Bu zaman növbəti möcüzə baş verdi: Stivenin qarşısında çimərlik paltarında gözəl bir qız peyda oldu. Alim çaşıb qalmışdı: olmaya çayıma narkotik qatıblar? O, başını silkələyərək gözlərini yumub yenidən açdı ki, gördüyü xəyal yox olsun. Heyhat! Qarşısındakı qadının gözəlliyi onu heyran qoymuşdu. Gözəl qadın Stivi yavaşca yatağa uzadaraq onun əlini əynindəki bikininin altından vaginasının üstündə gəzdirdi. Onlar coşqulu vəziyətdə öpüşərək sevişməyə başladılar. Bir müddət davam edən bu erotik aktdan sonra gözəl qız yenidən meymuna çevrildi. Stiv yanındakı gənc primatı görüb: "Yəqin yuxudur” deyə düşündü. Bir xeyli keçdikdən sonra o, anladı ki, başına gələnlər heç də yuxu deyil. Stiv əvvəli xoş, sonrası əcaib olan bu əhvalatın nə olduğunu özü üçün aydınlaşdırana qədər sarışqa erotik bir qadın iniltisi buraxaraq qapıya tərəf getdi və bayıra çıxıb meşənin qaranlığına doğru qaçdı. Stivin canında müxtəlif duyğular biri-birinə qarışıb dolaşıq düşmüşdü. Bütün bu anlaşılmazlığa baxmayaraq o, özünü xoşbəxt hiss edirdi. Anlaşılmaz düşüncələr onu səhərə qədər yatmağa qoymadı. Səhər günəş yaşıl cəngəlliyin üstündə görünəndə onu yuxu apardı.

Günortadan keçmiş yuxudan oyanan Stiv nədənsə, ən yaxın adamı kimi yenidən sarışqanı görməyi arzuladı. Lakin, həmin gün sarışqadan bir xəbər çıxmadı. Stiv yenidən bütün gecə dünənki əhvalatı detallarına qədər xatırlayıb içindən məntiq axtarırdı. O: "Meymun cadugər ola bilərmi, bunlar yuxu deyildi ki, o gözəl qız hardan gəlib hara qeyb oldu?” – kimi suallarla özünü yorur, olanların heç birini məntiqə sığdıra bilmirdi. Arada ağlından Lesliyə zəng edib əhvalatı ona danışmaq keçsə də "məni dəli hesab edər” düşünüb fikrindən vaz keçdi.

Aradan üç gün keçdikdən sonra sarışqa gecə yarı yenidən peyda oldu. Stiv gənc şimpanzeni evə gətirib kresloda oturdaraq ona asta-asta suallar verirdi: "De görüm o qız kim idi? Sən məni başa düşürsən, ya yox? Mənimlə cinsi əlaqədə olan sən idin, yoxsa başqası?”
 
Gənc şimpanze bu suallara cavab olaraq şən səslər çıxartdı və onu qucaqlayaraq yatağa uzatdı. Stiv yenidən başına gələcək hadisələri diqqətlə izləmək xatirinə sarışqaya müqavimət göstərmədi. Bu zaman onun gözləri qarşısında qəfil yenidən möcüzə baş verdi. Bir an içərisində sanki filmdə kadr dəyişdi, sarışqanın yerində həmin erotik gözəl peyda oldu və onunla öpüşməyə, yataqda eşələnməyə başladı.  Stivin bütün vücudu erotik enerji ilə doldu. Onlar uzun müddət biri-biri ilə döyüşürmüş kimi, qeyri-adi həzzlə intim bir mübarizə yaşadıqdan sonra süst halda yatağa uzandılar. Stiv özünə gələndə gördü ki, yanında uzanan bayaqkı gözəl qız yox, sarışqanın özüdü. O, həyəcanlı əlləri ilə başını qucaqlayaraq yataqda bardaş oturdu. Sarışqa da ona baxıb yerində bardaş qurdu və uzun dodaqlarını ona tərəf uzadıb üzündən öpdü. Başını qucaqlamış halda yavaş-yavaş özünə gələn Stiv baxdı ki, sarışqa artıq evi tərk edib. 

Stiv həmin gecə də beynindəki sualların əlindən çox gec yuxuya getdi. Oyananda ağlına belə bir fikir gəldi: "Bəlkə başıma gələni anama söyləyim? Hər halda cəngəllikdə yaşayıb, primatları da yaxşı tanıyır”. Xeyli tərəddüddən sonra o, anasına zəng elədi.

"Anacan, xahiş edirəm ağılsızlığıma gülmədən məni axıracan dinləyəsən. Bəri başdan deyim ki, narahat olma, oğlun dəli-zad olmayıb” – deyərək sarışqa və onun başqa zühuru kimi bildiyi şəhvətli gözəl qız haqda olan əhvalatı danışdı. Anası onu sonadək dinlədikdən sonra sakit səslə: 
- Mənə hər şey aydın oldu, oğlum, - dedi, - sən dəli-zad olmamısan, diqqətlə qulaq as, bütün bunların səbəbini açıqlayıram. 
Stiv başına gələn müəmmanın real səbəbinin olmasına çox sevindi və anasını tələsdirdi: 
- Buyur, ana, buyur danış, diqqətlə dinləyirəm! 
- Oğlum, birincisi, əvvəldən sizi xəbərdar etmədiyimə görə bu işdə mən özümü də günahkar bilirəm. Məsələ belədi: həmin cəngəllikdə nadir tapılan Yamay ağacları var ki, gövdəsində xırda göbələklər əmələ gəlir. Həmin göbələkləri qəbul edən primat qarşısındakı canlını müvəqqəti hipnoz edə bilir. Adətən, onlar bu göbələklərdən yırtıcı heyvanlara qarşı istifadə edirlər. Məsələn, həmin göbələkdən yeyən primat qəbiləsinin başçısı təhlükə yaradan istənilən yırtıcı heyvanı ani hipnoz edərək özünü onun gözündə nəhəng bir yırtıcı kimi göstərə bilir. Beləliklə həmin göbələkdən istifadə edib qəbiləni yırtıcılardan qoruya bilirlər. Sən danışanda anladım ki, sarışqa da həmin göbələkdən yeyir.  Demək, Lesli ilə mübahisənizi də sarışqa təlqin eləyirmiş. Meymun hipnoz vasitəsilə ona qısqanclıq dalğaları ötürürmüş. Həmin göbələklər onlara təxminən bir saatlıq hipnoz eləmək qüdrəti verir. Demək, balaca qız səni haçansa görüb və aşiq olub. Sonra da səninlə intim münasibətdə olmaq üçün özünü sənin zövqünə uyğun gözəl qadın cildində təlqin edib. Ancaq burda bir müəmma var, çimərlik paltarında olan gözəli harada görüb axı, sarışqa?
- Ana, bildim hardan kopyalayıb! O, birinci dəfə bizə boylananda televizorda çimərlik mənzərələri göstərilirdi. 
- Aha, indi aydın oldu! Ancaq bura bax, oğlum, əgər sarışqa səninlə cinsi əlaqəyə razılaşıbsa, demək, mütləq hamilə qalacaq. O, bunu əvvəldən duymasa yaxınlığa can atmazdı...
- İlahi! İndi mənim primatdan uşağım olacaq? Nə qədər acınacaqlı bir iş! Ana, sən nə danışırsan, doğrudan belədi? 
- Bəli, oğlum, çox güman ki, hamilə olacaq. Videoları izlə, turş giləmeyvələrə çox meyilli olsa bil ki, hamilədir. Narahat olma, oğlum,  belə də hər şey gözəldi! Elə bil ki, sən milyon illik keçmişimizdən hansısa əcdadımızı geri, yanımıza qaytaracaqsan. Həyatın başqalarınınkından daha maraqlı, mənalı olacaq. Sarışqan hamilə olarsa sən bir müddət orada qalmalı olacaqsan.
- Mən onsuz da burada qalmağı planlaşdırmışdım, ta bu qədərini gözləmirdim.
- Narahat olma, oğlum, hər şey gözəl olacaq, görəcəksən. Bilirsən ki, primatlarda uşaq 7-8 aydan sonra dünyaya gəlir. Onlarda da ana övladını çox sevir. Uşaq doğulandan sonra onlarla birlikdə yanımıza qayıdacaqsan. 
- İlahiii! Ana, sən nə danışırsan? Bəlkə uşaq doğulandan sonra onları burada qoyub qayıdım, həə, ana?!
- Sən nə danışırsan, oğlum, biz vəhşi-zad deyilik ki?! Narahat olma, hər şey gözəl olacaq. Çox istərdim, övladın olsun. Bir də gör nə deyirəm. Sarışqa yanına gəldikcə sən ona unitazda oturmağı, dişlərini yumağı öyrət. O, rahat qəbul edəcək. Tezliklə bizim həyata öyrəşəcək. 
- Çox sağol, ana! Nə yaxşı varsan, ana!   

***

Stiv bir neçə ay gərginlik içində gözlədikdən sonra məlum oldu ki, sarışqa hamilədi. O, sarışqasını videogörüntülərdə tez-tez izləyirdi. Nə qədər əcaib olsa da getdikcə onda atalıq duyğuları baş qaldırırdı. Sarışqa hərdən ona qonaq gəlir, yanında gecələyir, qəfil də çıxıb gedirdi. Hər dəfə gələndə qarnını Stivə sığallatdırıb cəngəlliyə qayıdırdı. Stiv yavaş-yavaş ona unitazda oturmağı öyrətdi. Günlərin bir günü Stiv meymuna diş fırçası ilə dişlərini yumağı da təklif etdi. Sarışqa sürtüb ağartdığı dişlərinə güzgüdə baxıb gülür, sevinir, atılıb-düşürdü. Beləcə, o, dişlərini yumağı da öyrəndi. Özü də bu prosesi təkrarlamağı xoşlayırdı.  Stiv anasına görüntülü zəng edərək sarışqanın insani davranışlarını anasına göstərib gülməkdən keçinirdi. Hər dəfə anası Stivə "Dırnaqlarını tutmağı da öyrət”, "zibili yerə atmamlı olduğunu başa sal” kimi tapşırıqlar verirdi. 
Hamiləliyinin son aylarında Stiv sarışqaya anlatdı ki, artıq gecələr evdə gecələməsi daha məqsədəuyğundur. Sarışqa da əksər vaxtlar evdə gecələməli olurdu. O, evdə olarkən planşeti vərəqləyib oradan müxtəlif musiqilər dinləyir, animasiya filmlərinə baxırdı. Hamiləliyinin son günlərində o, qəfil evdən yoxa çıxdı və bir neçə gündən sonra qucağında bir körpə evdə peyda oldu. Stiv başqa primatlardan fərqlənən oğlunu anasının qucağından alıb sevincək körpəni öpdü. Sonra da anasına zəng edib uşağı ona göstərərək qarışıq duyğularla: "Ana, nəvəni qəbul elə, tezliklə gəlirik!” – söylədi.  

Anası: 
- Oy mənim mələyim! – deyərək körpəni əzizlədi.  
Aradan bir neçə həftə keçdikdən sonra Stiv anasına zəng etdi: 
- Anacan, artıq şəhərə qayıtmaq istəyirəm. Sabah instituta zəng edəcəm, qoy arxamca gəmi göndərsinlər, - deyir. – Bilirsən, mən artıq sarışqaya ad da qoymuşam: Eva! Artıq, çağıranda Eva öz adına boylanır...
Anası ona: 
- Çox gözəl, əla addır! Oğlum, səni və bu möcüzə ailəni bütün ölkə gözləyir. Tez gəl, hamı sizi gözləyir! – söylədi.  

***

Stiven Tomasellonun qeyri-adi ailəsini görmək üçün gələnlər Təkamül və Antropologiya İnstitutunun böyük zalını ağzınacan doldurmuşdu.  
Dəyirmi stolun baş tərəfində Stiv və Eva yan-yana əyləşmişdi. Ağzında əmzik olan körpə Evanın qucağında idi. 

İnstitutun direktoru, Stiven Tomaselli, Stivenin həmkarı və keçmiş sevgilisi Lesli, Kibale meşələrinin cəngəlliyində aparılmış primat tədqiqatlarının yeniliklərindən danışaraq institut əməkdaşlarını, bu sahə ilə maraqlananları və mətbuat nümayəndələrini məlumatlandırdılar. Lesli Eva ilə Stivə tərəf yaxınlaşıb gülümsəyərək onları yenidən salamladı və körpənin başını sığallayaraq Stivin qulağına belə dedi: "Oğlun çox gözəldi...”
Sonda Stiven onun bu qeyri-adi ailəsi haqda jurnalistlərin verdikləri  sualları cavablandırdı.  
- Siz Evanı sevirsiniz, yoxsa bu, bir eksperiment idi?
- Bu ailə eksperimentdən yox, iki nəfərin şəxsi münasibətindən yaranıb. Mən Evanı çox sevirəm, o, həm də mənim möcüzə oğlumun anasıdır!
- Siz özünüz bu nikahı necə dəyərləndirirsiniz?
- Mənə elə gəlir, bəşəriyyətin gələcəyi üçün bizim dünyaya gətirdiyimiz insan növünün çoxalması robotlaşmadan daha humanist və təbii prosesdir. 
- Oğlunuzun gələcəyini necə görürsünüz?
- Məncə, oğlum böyüyəndə məşhur futbol klublarının birində dahi qapıçı olacaq! – deyib Stiv güldü. 
- Eva dodaqlarını özü boyayıb? 
- Yox, o hələ pomada çəkə bilmir, bunu onun üçün anam eləyib. Amma dırnaqlarını özü laklayıb. 
- Axı, primatla insanın cütləşməsindən döl alınmır, siz bu uşağın atası olduğunuza əminsinizmi?
- Görmürsünüz mənim eynimdir?! – Stiv gülə-gülə cavab verdi. 

Jurnalistlərdən biri yumora keçir: 
- Sizə elə gəlmirmi ki, bu evlilinizə ən çox sevinən Fransa prezidenti Makron olacaq? 

Zalda gülüşmə qopur.

Stiv jurnalistin yumoruna yumorla cavab verir:
- Xahiş edirəm mənim Evamın gözəlliyini bu qədər ucuz tutmayasınız! – Və gülə-gülə qollarını havada çarpazlayır: yəni, "görüşümüz sona yetdi!” 

Murad Köhnəqala 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->