Xəbər lenti

Çempionlar Liqasının qalibi
Dünya 18:06 22.07.2024

Çempionlar Liqasının qalibi "Qızıl top"u qazana bilər - İlk beş favoritin reytinqi

Nüfuzlu portal dünyanın ən yaxşı futbolçusu adını qazanması uğrunda mübarizədə ilk beş favoritin adını açıqlayıb. 

Qaynarinfo "Football Tweet”ə istinadən xəbər verir ki, hazırda "Qızıl top”u qazanmaq üçün ən böyük şansa "Real Madrid”un futbolçusu braziliyalı Vinisius Junior malikdir – 44% 
İkinci yeri 2024-cü ilin Avropa çempionu "Mançester Siti”dən Rodri tutub – 40%. Üçüncü yerdə 14 faizlə ingilis hücumçu Cud Bellinqhem qərarlaşıb.

Dördüncü yerdə isə Kral Klubunun digər oyunçusu Dani Karvaxal qərarlaşıb - 8%. Reytinqi Avro-2024-ün əsas sensasiyası, Barselonadan olan 17 yaşlı ispan Lamina Yamala bağlayır - 5%.

Qeyd edək ki, ötən mövsüm Vinisius Junior "Real Madrid”lə Çempionlar Liqasının və La Liqanın qalibi olub. 2023/24 mövsümündə o, 31 oyuna çıxıb, 24 qol vurub və 9 məhsuldar ötürmə edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->