Dənizkənarı Milli Park (Bulvar) skuterlərin icarəsi ilə məşğul olan şəxslər arasında baş verən dava ilə bağlı məhkəmə prosesi yekunlaşıb.
Qaynarinfo-nun məlumatına görə, hadisə skuterlərin icarəsi ilə məşğul olan Emin Vəliyev (soyad şərti) və İntiqam Cəfərov (soyad şərti) arasında baş verib.
Eminlə İntiqam arasında skuterlərin icarəsinə görə fikir ayrılığı yaranıb. Nəticədə Emin əsəbləşərək Dənizkənarı Milli Parkda yerləşən "Zazu" adlı restoranın qarşısında İntiqamı vuraraq çənəsini sındırıb, başına xəsarət yetirib.
Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş İntiqam bildirib ki, 2021-ci ildən skuterlərin icarəsi ilə məşğuldur. Müştəri ilk olaraq ona yaxınlaşaraq ödənişi edib. Müştəriyə skuter verməyə hazırlaşarkən Emin yaxınlaşaraq deyib ki, pulu geri qaytar. İntiqam onun dediyini etmədiyi üçün aralarında mübahisə yaranıb və nəticədə Emin onu vuraraq çənəsini sındırıb.
Məhkəmənin qərarı ilə Emin Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinib və ona 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Əhməd
Şərhlər