Xəbər lenti

Bulvarda mühafizəçi işini öyrənən şəxsin burnu sındırıldı
Ölkə 17:32 12.05.2025

Bulvarda mühafizəçi işini öyrənən şəxsin burnu sındırıldı

Dənizkənarı Bulvar İdarəsində mühafizəçi vəzifəsini öyrənən şəxs ilk iş günündə döyülüb.

Qaynarinfo-nun məlumatına görə, 2004-cü il təvəllüdlü, Biləsuvar rayon sakini Ramiz Məmmədov (soyad şərtidir) Dənizkənarı Milli Parkda xuliqanlıq hərəkətləri etdiyinə görə saxlanılıb. O, parkda mühafizə işini öyrənən şəxsin burnunu sındırıb.

Hadisə skuterlərin hərəkətinin qadağan olunduğu ərazidə baş verib. R.Məmmədov üç dostu ilə birlikdə həmin ərazidə skuterlə hərəkət edərkən Milli Parkın mühafizəçiləri tərəfindən ona irad bildirilib. Təqsirləndirilən şəxs iddia edib ki, irad bildirən zərərçəkmiş C.V. mülki geyimdə olub və onunla kobud şəkildə danışaraq "küçük, keç zolağa” deyib.

Zərərçəkmiş isə bildirib ki, Dənizkənarı Bulvar İdarəsində rəsmi olaraq mühafizəçi kimi işləmir: "Hadisədən bir gün əvvəl idarəyə mühafizəçi işi üçün müraciət etmişdim. Mənə dedilər ki, sabah gəl, təlimat al və işi öyrən. Mən də Səməd adlı mühafizəçinin yanında gəzərək prosesi izləyirdim. Ramizə irad bildirdikdən sonra aramızda mübahisə yarandı. Daha sonra ağaclıq əraziyə keçərək əlbəyaxa davaya başladıq. Mən ona "küçük, keç zolağa’ deməmişəm".

Məhkəmənin qərarına əsasən, R.Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma, xuliqanlıq motivi ilə) və 221.1 (xuliqanlıq) maddələri ilə təqsirli bilinib. Ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. O, bu müddət ərzində Biləsuvar şəhərinin ərazi hüdudlarını tərk etməməli və elektron qolbaqla nəzarətdə qalmalıdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->