Xəbər lenti

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı
Dünya 09:07 12.02.2025

Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırıldı

İstanbulda müşahidə edilən dumanlı hava şəraiti səbəbindən Bosfor boğazında gəmilərin keçidi müvəqqəti dayandırılıb.

Report xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsi məlumat yayıb.

"Yerli vaxtla saat 03:10-da ( Bakı vaxtı ilə 04:10 - Qeyd) hava şəraiti normallaşana qədər sıx duman səbəbindən gəmilərin hərəkəti hər iki istiqamətdə dayandırılıb”, - məlumatda deyilir.

İstanbulun bir sıra ərazilərində güclü qar yağması səbəbindən yerli hakimiyyət orqanlarının qərarı ilə fevralın 12-də məktəblərdə dərslər ləğv edilib. Türkiyə paytaxtının Avropa hissəsində yerləşən İstanbul Beynəlxalq Hava Limanının fəaliyyətində hər hansı dəyişikliklə bağlı hələlik məlumat yoxdur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->