"Sülhün Kökləri” təşkilatının qurucusu Heidi Kuhn bütün dünyada "Minaları Üzümlüklərə” çevirmək üçün namizəd oldu.
Qaynarinfo xəbər verir ki, 1992-ci ildə Azərbaycanda qeydiyyata alınmış, müstəqil beynəlxalq qeyri-hökumət təşkilatı olan Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) "Sülhün Kökləri” təşkilatının qurucusu, "Minaları Üzümlüklərə” çevirmək - bütün dünyada minaları üzüm bağları və meyvə bağları ilə əvəz etmək səylərinə görə, 2024-cü ilin Nobel Sülh Mükafatı laueratı üçün Heidi Kuhnun namizədliyini irəli sürməsi ilə bağlı açıqlama verib.
Keçmiş minalanmış sahələrdə yeddi milyondan çox ağac əkərək, Heidi Kuhn, dünya miqyasında müharibədən əziyyət çəkən torpaqlarda yaşayan milyonlarla fermer və ailənin həyatına birbaşa təsir edib.
Bu barədə BAMF-ın prezidenti Umud Mirzəyev Xəzər dənizi sahilində neftlə var-dövlət qazanmış iş adamı Alfred Nobelə vaxtilə doğma evi kimi olmuş şəhərdə - Bakıda, Azərbaycanda keçirilən Mina Aksiyası üzrə 3-cü Beynəlxalq Konfransda rəsmi açıqlama verib:
"Alfred Nobelin ən məşhur ixtirası dinamit idi, hansı ki, bu minaları zərərsizləşdirmək üçün istifadə olunurdu. O, bu partlayıcının dağıdıcı gücünü daha sonra anladı və 1895-ci ildə Nobel Sülh Mükafatını təsis etmək üçün öz sərvətini vəsiyyət etdi. Bu elanı Bakıda vermək yerinə düşərdi, çünki bu gün minaları məhv etmək üçün həmin dinamitdən istifadə olunur.” - deyə Umud Mirzəyev qeyd edib.
Heidi Kuhn və Umud Mirzəyev 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi dünyadakı Minaların Məhvinin əsasının qoyulmasına dair rəsmi sənəd imzalayıblar. Onların bu təşəbbüsü onu göstərir ki, minaların mənfi təsiri səbəbindən Birləşmiş Millətlər Təşkilatının 17 DİM-lərinin həyata keçirilməsi uğurlu olmaya bilər.
Azərbaycan 2024-cü il 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək illik iqlim dəyişikliyi sammiti olan COP29 İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək.
Bu həftənin əvvəli xanım Kuhn Qarabağın minalanmış sahələrinə - bir vaxtlar yüksək keyfiyyətli üzümlərinə görə "Qara Bağ" kimi tanınan üzümçülük bölgəsinə səfər etdi. Bu gün bu sahələr həm torpağa, həm də ruha səpilmiş təxminən 1,5 milyon mina ilə çirklənmişdir.
Həmçinin, Heidi Kuhn və Umud Mirzəyev minaların partladılması və davamlı üzüm bağlarının bərpası üçün Qarabağda 100 hektar torpaq sahəsi üçün pilot layihənin keçiriləcəyini elan ediblər.
"Minalar çıxarılır və onların yerinə əkilən hər meyvə ağacı gələcək nəsillərə töhfə verir və hər əkilən ağac Yer kürəsinin ağciyərlərini bərpa etmək və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün karbon balansının saxlanmasını təşkil edir” – deyə, Heidi Kuhn bildirib.
"60-dan çox ölkədə təxminən 110 milyon mina var və hazırda minalar Ukraynanın 30% torpaqlarını "girov” saxlayıb və ərzaq təhlükəsizliyi böhranına səbəb olub. Bu nominasiya təhlükəsiz gələcəyin çiçəklənməsi üçün mina sahələrini davamlı kənd təsərrüfatı ilə əvəz etmək axtarışımı bir daha təsdiqləyir”.
Qeyd edək ki, hər il Nobel Sülh Mükafatı xalqlar arasında sülh və qardaşlığı təşviq etmək, silahları azaltmaq və ya ləğv etmək, sülh konqresləri keçirmək və təşviq etmək üçün ən çox fəaliyyət icra edən və iş görən şəxs və ya təşkilata verilir.
Heidi Kuhn və fəaliyyəti barədə əlavə məlumat üçün www.rootsofpeace.org saytına baxa bilərsiniz.
Şərhlər