"Beşiktaş" klubu Azərbaycan millisinin üzvü Ozan Can Kökçünü transfer etməyə çalışır.
Qaynarinfo xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın "Volendam" klubunda çıxış edən futbolçu üçün transfer çalışmalarına start verib.
Bir zamanlar "Bursaspor"da oynayan Ozan Can Kökçü yenidən Türkiyəyə qayıtmağa hazırlaşır. "Beşiktaş"ın 27 yaşlı sol qanad oyunçusunu yaxından izlədiyi və skaut komandası tərəfindən onun transferi üçün müsbət rəy alındığı öyrənilib. Kiçik qardaşı Orkun Kökçünün də "Beşiktaş"da çıxış etdiyinə görə Ozan Can bu transferə razıdır.
Qeyd edək ki, bu mövsüm "Volendam"da 17 rəsmi oyunda 1 qol, 2 məhsuldar ötürmə edən Ozan Can 20 yaşından etibarən Azərbaycanın U20, U21 və əsas komandasında forma geyinib. O, milli komandamızın heyətində 14 oyuna çıxıb. Türkiyədə əvvəllər "Bursaspor" və "Giresunspor"da oynayan futbolçunun hazırkı bazar dəyəri 350 min avrodur.
Aydın
Şərhlər