"Bavariya"nın kapitanı Manuel Noyer klubda qalıb.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Alman qapıçı Münhen təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. 36 yaşlı qolkiperin müqaviləsi bu mövsüm başa çatırdı. Ancaq klub onunla daha 2 il yola davam etməyə qərar verdi.
"Şalke"nin yetirməsi olan Noyer 2011-ci ilin yayında 30 milyon avroya "Bavariya"ya keçmişdi.
Almaniya millisinin də formasını 109 dəfə geyinən Noyer "Bavariya”da keçirdiyi 11 mövsümdə 10 dəfə liqa çempionu olub. Noyer həmçinin 2 dəfə Çempionlar Liqası, FIFA Klublararası Dünya Kuboku və UEFA Super Kubokunun, 6 dəfə Almaniya Superkubokunun qalibi olub.
Noyer klubda qazandığı 28 kubokla yanaşı, 2011 və 2014-cü illərdə ölkəsində ilin oyunçusu seçilib.
Səbuhi Həsənov
Şərhlər