"Hökumətin əsas xərc istiqamətlərindən biri də təhlükəsizliyin, hərbi-müdafiə potensialının daha da gücləndirilməsidir".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri ümumi büdcə xərclərinin təqribən 21%-ni (8.7 mlrd.manat) təşkil edir:
"Bu gün Azərbaycanda hərbi sənaye sürətlə inkişaf edir və uzun illər ərzində bu sahəyə böyük vəsait ayrılır və diqqət göstərilir. Artıq bir çox ölkələrə hərbi təyinatlı məhsul ixrac edirik. Və cənab Prezident tərəfindən Hökumət qarşısında vəzifə qoyulub ki, həm daxili tələbatı ödəmək, həm də ixrac etmək üçün sənaye klasteri yaradılsın. Bu istiqamətdə artıq müvafiq işlər aparılır. Yeni dövrün çağırışlarına uyğun olaraq iqtisadi artımın dayanıqlığı və rəqabət qabiliyyətinin yüksəldilməsi insan kapitalının keyfiyyətindən bilavasitə asılıdır".
Qafqaz Rafiqoğlu
Şərhlər