Daşkəsən Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri, baş memar Elman Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Qaynarinfo-nun məlumatına görə, cinayət işinin materialları Daşkəsən Rayon Məhkəməsinə göndərilib. İş hakim Kənan Vəliyevin icraatına verilib. Baxış iclası 04.09.2024-cü il tarixinə təyin edilib.
Məmmədov Elman Məcid oğluna qarşı yekun olaraq Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan olunub.
Qeyd edək ki, bu ilin iyun ayında Daşkəsən rayon İcra Hakimiyyətində əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.
Əhməd
Şərhlər