Xəbər lenti

Baltaya görə qardaşı ilə mübahisə etdi - Həbs olundu
Ölkə 13:35 29.07.2024

Baltaya görə qardaşı ilə mübahisə etdi - Həbs olundu

Ağcəbədi rayonunda spirtli içki içib, qardaşı ilə baltaya görə mübahisə edən şəxs həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə Ağcabədi şəhərinin Qarabağ küçəsində baş verib. 

1979-cu il təvəllüdlü Əlisəfa (şərti) iyulun 24-də spirtli içki qəbul etdikdən sonra qardaşı onun baltasını götürdüyü üçün aralarında mübahisə yaranıb. 

Hadisə yerinə polis əməkdaşları gəlib və qardaşlar arasında mübahisə yaradan baltanı müsadirə edib. 

Əlisafa içkili halda ucadan səs-küy saldığı üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə protokol tərtib edilib. 

Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində 8 gün müddətinə inzibati həbs tənbehi tətbiq olunub.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->