Azərbaycanlı müğənni 15 ildən sonra atasının səsini eşitdi (VİDEO)
Müğənni Leyla Rəhimova 15 ildən sonra atası Adil Rəhimovun səsini eşidib.
Qaynarinfo xəbər verir ki, "7 Tamam" verilişinə qonaq olan ifaçı musiqiçi atasının səs yazısını dinləyib.
"Mənim səhvim oldu ki, onu Rusiyaya getməyə qoydum. Səni çox istəyirəm. Məndən niyə qaçırsan? Sənə nə etmişəm? Hər işində, tədbirində mən iştirak etmişəm. Nə demisən, baş üstə demişəm. Sənin inkişafın naminə hər şey etmişəm. Mənim kimim var ki? İki qızım, bir oğlum var" -deyə, ifaçının atası qeyd edib.
Efirdə valideyninin səs yazısını eşidən Leyla göz yaşlarına hakim ola bilməyib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər