"Yandex” xarici taksi xidmətlərinin bütün məlumatlarını Rusiyada saxlayır. Sentyabr ayından etibarən FSB onlara gecə-gündüz giriş əldə edəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Meduza” nəşrin əldə etdiyi şirkət rəhbərliyi ilə işçilər arasında yazışmalara istinadən xəbər
verir.
Nəşrin məlumatına görə, FSB-yə "Məlumat yayma təşkilatçıları” reyestrinə daxil edilmiş taksi aqreqatorlarının məlumat bazalarına gecə-gündüz çıxış imkanı verən qanunla bağlı xəbərdən sonra işçilər rəhbərlikdən məlumatların saxlanması barədə soruşmağa başlayıblar. Bu qanun sentyabrın 1-dən qüvvəyə minəcək.
Qeyd oluna suallara rəhbərlik cavab verib ki, xaricdə fəaliyyət göstərən xidmətlərin bütün məlumatları Rusiyada saxlanılır və "müştərilərlə söhbət zamanı məlumat mərkəzlərinin hazırkı yeri haqqında məlumatların qeyd edilməməsini" xahiş edib. "Yandex”in adı açıqlanmayan iki əməkdaşı "Meduza”ya təsdiqləyib ki, taksi xidməti haqqında məlumatlar indi yalnız Rusiya məlumat mərkəzlərində saxlanılır.
Yeni qanuna əsasən, taksi xitmədləri və fərdi işləyən taksi sürücüləri "elektron və ya kağız” formasında sifariş jurnalı doldurmalıdırlar. Orada olan bütün məlumatlar, o cümlədən ünvanlar və gəliş-gediş vaxtı altı ay ərzində saxlanılmalıdır. Qanunda qeyd olunur ki, bu, yalnız Rusiya serverlərində edilə bilər.
Nəzəri cəhətdən FSB taksi xidmətinin topladığı bütün məlumatlara giriş əldə edə bilir. "Yango”nun məxfilik bildirişi bu cür məlumatların ətraflı siyahısını təqdim edir. Buraya avtomatik toplanan texniki məlumatlar daxildir. Misal üçün:
IP ünvanı;
cihaz identifikatoru;
onun növü və modeli;
istifadə olunan əməliyyat sistemi;
brauzer və ya mobil proqram haqqında məlumat.
Və şəxsin şirkətə verdiyi məlumat:
Ad və soyad;
telefon nömrəsi;
e-poçt ünvanı;
bank məlumatları;
istifadəçi şərhləri.
səfərlərin ünvanları.
"Yandex” xidmətləri xaricdə, o cümlədən Rusiya mühacirləri arasında populyar olan ölkələrdə fəaliyyət "göstərməkdə davam edir. Məsələn, Azərbaycanda, Ermənistanda, Gürcüstanda, Qazaxıstanda, İsraildə, Litvada və s.
Nizami Bağırov
Şərhlər