Xəbər lenti

Azərbaycanda barmağından əməliyyat olunan kişi öldü
Ölkə 14:22 30.01.2024

Azərbaycanda barmağından əməliyyat olunan kişi öldü

Göyçay Rayon Mərkəzi Xəstəxanasında ölüm hadisəsi baş verib.

Qaynarinfo Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini, 1961-ci il təvəllüdlü Sahib Rəşid oğlu Cavadov dünən həmin tibb ocağında əməliyyat olunub.

Ayaq barmağındakı ağrı ilə əlaqədar cərrahi müdaxilə olunan şəxsin vəziyyəti qısa müddət sonra pisləşib və xəstə vəfat edib.

Bildirilib ki, həmin şəxs özü də xəstəxana əməkdaşı olub. S.Cavadov xəstəxananın Şüa və diaqnostika şöbəsində texnik vəzifəsində çalışırmış.
Hadisə ilə bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->