Xəbər lenti

Azərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşıblar (YENİLƏNİB)
Ölkə 21:46 10.07.2024

Azərbaycan və Ermənistan sülh sazişinin yekunlaşdırılması istiqamətində işi davam etdirməyə razılaşıblar (YENİLƏNİB)

 NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində iyulun 10-da ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında Vaşinqtonda görüş keçirilib.


AZƏRTAC xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistanın sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında tarixi sazişin yekunlaşdırılması istiqamətində əldə olunmuş irəliləyişi qeyd edib və bu istiqamətdə işi davam etdirməyə razılaşıblar.


Hər iki tərəf görüşə ev sahibliyinə görə Dövlət katibinə minnətdarlıqlarını bildiriblər.


19:50


Vaşinqtonda ABŞ Dövlət katibi Antoni Blinkenin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşü keçirilir.


AZƏRTAC xəbər verir ki, görüş Vaşinqtonda keçirilən NATO Sammiti çərçivəsində baş tutur.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->