Azərbaycan diasporunun rəhbəri, Ulyanovsk qubernatorunun müşaviri İslam Hüseynov Rusiya vətəndaşlığından çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə jurnalist Darya Kosarinova "Telegram" kanalında məlumat verib.
"Onun (Hüseynovun – red.) Rusiya pasportu oktyabrın 14-də FTB-nin qərarı ilə ləğv edilib və indi ölkəyə girişi qadağan edilib", - məlumatda deyilir.
Hakimiyyət orqanlarının bu qərarını əhatə edən səbəblər və şərtlər hazırda məlum deyil və heç bir rəsmi şərh verilməyib.
Şərhlər