Xəbər lenti

Azərbaycan cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutdu
İdman 19:25 08.11.2025

Azərbaycan cüdoçusu VI İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutdu

Azərbaycan cüdoçusu Könül Əliyeva (48 kq) Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ikinci yeri tutub.

"Report"un yarışa ezam olunan əməkdaşı xəbər verir ki, o, finalda məğlub olub.

K.Əliyeva həlledici görüşdə Tuğçe Bederə (Türkiyə) uduzub.

Qeyd edək ki, bu Azərbaycan cüdoçularının yarışda ilk medalı olub.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->